2017-ci ilin ən xoş xəbəri - Evsizlər üçün ideal fürsət

1565 dəfə oxunub
2017-ci ilin ən xoş xəbəri - Evsizlər üçün ideal fürsət

 

2017-ci ilin birinci yarısında mənzil bazarında qiymətlərin ucuzlaşacağı gözlənilir.

Faktor.az xəbər verir ki, bu haqda iqtisadçı Vüqar Bayramov açıqlama verib.

"Son zamanlar mənə Bakıda və bütövlükdə ölkəmizdə mənzillərin qiymətinin necə dəyişəcəyi ilə bağlı çoxlu suallar ünvanlanır. Xatırlayırsınızsa 2013-cü ildə Bakıda mənzillərin qiymətinin süni şəkildə şişirdildiyi və qiymət azalmalarının qaçılmaz olduğunu bildirmişdim. Xüsusən də, son 2 ildə ciddi qiymət azalmaları müşahidə edilir. Bu ilin birinci yarısında mənzil bazarında qiymət azalmalarının davam edəcəyi gözlənilir. Bir tərəfdən, alıcılıq qabiliyyəti aşağı düşüb və bu da bazarda tələbin azalmasına səbəb olub. Rusiyada yaşayan həmyerlilərimiz də artıq Bakının mənzil bazarında tələb yaratmırlar. Digər tərəfdən isə, manatın bazar dəyəri müəyyənləşdirilmədiyi üçün potensial alıcılar da öz pullarını dollarda saxlamağa üstünlük verirlər. Evi satanlar isə daha qısa zamanda mənzili satıb pulu xarici valyutaya çevirməyə üstünlük verdikləri üçün bazarda təklif də azalmır. Bu isə mənzil bazarında tələb və təklif arasında kəskin fərq yaradır".

İqtisadçı qeyd edib ki, manatın bazar məzənnəsi müəyyənləşənədək əmlak bazarındakı durğunluq qalacaq.

"Manatın bazar məzənnəsi müəyyənləşənədək əmlak bazarında durğunluq davam edəcək. Buna görə də, milli valyutanın bazar dəyəri müəyyənləşməzsə yaxın aylarda əmlak bazarında tələb dəyişməyəcək və bu isə yeni qiymət azalamları deməkdir. Hal-hazırda mənzillərin qiymətinin artması üçün heç bir ciddi iqtisadi səbəb yoxdur".

Könül Kərimli/ Faktor.az


loading...
loading...

Redaktorun seçimi