Neftin qiyməti 56 dollara düşdü

222 dəfə oxunub
Neftin qiyməti 56 dollara düşdü

ABŞ-ın neft ehtiyatları üzrə statistikanın çıxmasından sonra İCE birjasında keçirilən hərraclar zamanı "Brent" markalı neftin qiyməti bir barelə görə 56 dollara düşüb.

Faktor.az "Report"a istinadən bildirir ki, Bakı vaxtı ilə 20:50-yə olan vəziyyətə görə, "Brent" markalı neft 56,03 dollara qədər ucuzlaşıb.

Bakı vaxtı ilə 20:30-a olan vəziyyətə görə, İCE birjasında WTI markalı yüngül neftin bir bareli 52,80 dollar təşkil edib.

Bu gün Enerji İnformasiya İdarəsi (EIA) məlumat yayıb ki, ABŞ-da kommersiya məqsədli neft ehtiyatları dekabrın 30-da başa çatan həftə ərzində 7,1 milyon barel azalaraq 479 mln. barelə düşüb.


loading...
loading...

Redaktorun seçimi