Neftin qiyməti 3 dollar düşdü

Hit: 834
Neftin qiyməti 3 dollar düşdü

ICE birjasında 2017-ci ilin mart fyuçersləri üzrə "Brent" markalı neftin qiyməti axşam saatlarında 2,99 dollar enərək, 55, 39 dollar/barelə çatıb.

Faktor.az APA-ya istinadən xəbər verir ki, bu göstərici 2016-cı ilin dekabrın 27-dən bəri  ən aşağı göstəricidir.   

Qeyd edək ki, günorta saatlarında "Brent" markalı neftin bir barelinin qiyməti təxminən 3 faiz qalxaraq, 2015-ci ilin iyulundan bəri ilk dəfə olaraq 58 dolları keçmişdi.  

Ekspertlər qiymətin aşağı düşməsini dolların kəskin möhkəmlənməsi ilə əlaqələndirilirlər.









Redaktorun seçimi