Beynəlxalq Avtovağzaldan bayram günlərində 51 mindən çox sərnişin daşınıb

Hit: 466
Beynəlxalq Avtovağzaldan bayram günlərində 51 mindən çox sərnişin daşınıb

Bakı Beynəlxalq Avtovağzalından 28-29-30-31 dekabr tarixlərində 1957 reyslə 51349 sərnişin daşınıb.

Faktor.az-ın Oxu.Az-a istinadən verdiyi xəbərinə görə, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şəfa Mehmanqızı məlumat verib.

Onun sözlərinə görə, ən çox sərnişin sayı 30 dekabr tarixində müşahidə olunub: 

“Dekabr ayının 30-da Bakı Beynəlxalq Avtovağzalında 608 reyslə 16525 sərnişin daşınması həyata keçirilib”, - deyə Ş.Mehmanqızı bildirib.









Redaktorun seçimi