SOCAR: Baş vermiş qəza texnogen xarakter daşıyır

260 dəfə oxunub
SOCAR: Baş vermiş qəza texnogen xarakter daşıyır

Dekabrın 27-də Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən magistral qaz kəmərində baş vermiş hadisənin səbəbləri araşdırılır.

Faktor.az Azərbaycan Dövlət Neft Şirkətinə istinadən xəbər verir ki, ilkin baxış bir neçə versiyanı nəzərdən keçirməyə imkan verir. "2002-ci ildə tikilib istismara buraxılmış qaz kəmərində baş verən qəzanın mümkün səbəbləri arasında qaynağın və ya boru materialının keyfiyyətinin aşağı olması, yaxud kəmərin keçdiyi ərazinin aqressiv və sürüşkən zonada yerləşməsi nəticəsində aşınmaya məruz qalması ehtimalları nəzərdən keçirilir. İlkin baxış qəzanın texnogen xarakter daşıdığını təsdiq edir". 

"Araşdırma işləri yekunlaşdıqdan sonra nəticələr barədə əlavə məlumat veriləcək", - deyə məlumatda qeyd olunub.


loading...
loading...

Redaktorun seçimi