Əli Həsənov: Bakıda məcburi köçkünlərin yaşadığı 115 bina qəzalı vəziyyətdədir

Hit: 577
Əli Həsənov: Bakıda məcburi köçkünlərin yaşadığı 115 bina qəzalı vəziyyətdədir

Ötən 23 il ərzində Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə 6,1 milyard manat vəsait sərf olunub.

Məlumata görə, bunu Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu gün Milli Məclisin iclasında çıxışı zamanı deyib.

Ə.Həsənov bildirib ki, bunlar həm dövlətin, həm Neft Fondunun vəsaitləri, həm də humanitar təşkilatlar tərəfindən ayrılan vəsaitlərdir.

Komitə sədri qeyd edib ki, hələ də 350 minə qədər məçburi köçkünün yeni qəsəbələrə köçürülməsinə ehtiyac var.

Baş nazirin müavini deyib ki, Bakıda məcburi köçkünlərin yaşadığı 115 bina qəzalı vəziyyətdədir: “Həmin binaların 51-nə FHN rəy verib və o tikililərdə hər an qəza baş verə bilər”.

O əlavə edib ki, bu məsələ cənab Prezidentin nəzarəti altındadır və problemin həlli üçün lazımi tapşırqlar verir.//trend//









Redaktorun seçimi