Sumqayıt Məşğulluq Mərkəzi Nazirliyin göstərişinə məhəl qoymur - ŞİKAYƏT

Hit: 5834
Sumqayıt Məşğulluq Mərkəzi Nazirliyin göstərişinə məhəl qoymur - ŞİKAYƏT

Faktor.az Xeberle.com-a istinadən xəbər verir ki, Sumqayıt şəhər Məşğulluq Mərkəzinin fəaliyyəti ilə bağlı şikayət daxil olub.

Məktubu olduğu kimi diqqətinizə çatdırırıq.

Salam. Mən - Əliyev Baloğlan Ağamoğlan oğlu 1956- il təvəllüdlü Sumqayıt şəhər sakiniyəm. İşsiz olduğum üçün 2016-cı il ilin ilk aylarından Sumqayıt şəhəri Məşqulluq İdarəsinə qeydiyyata düşməyə çalışsam da, cəhdlərim boşa çıxırdı. Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev Sumqayıt şəhərində qəbulu elan olunanda, oğlum online formada məni qeydiyyata saldı.Fevralın 18-də Sumqayıt şəhərində Fondun sədri Elman Mehdiyevin "Açıq qapı” formatında təşkil olunan qəbulunda iştirak edib ona Sumqayıt Məşğulluq Mərkəzində işsiz statusunda qeydiyyata düşə bilmədiyim üçün köməklik istədim. Sədr məni dinlədi və müəyyən qeydlər aparaq narahat olmamağımı və yaxın günlərdə problemin həll olunacağını dedi. Elman müəllimin tapşırığından sonra Sumqayıt məşğulluğundan mənəzəng gəldi, qeydə alınmağa görə idarəyədəvət olundum. Tezliklə gəldim qeydiyyata alındım. 

2016–cı ilin fevral ayından işsiz kimi qeydiyyata düşməyimə baxmayaraq yalnız 5 ay sonra - iyul ayında işsizlik müavinəti təyin edildi və avqustda ilk dəfə işsizlik müavinəti aldım. Qanunda isə belədir: «Məşğulluq haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq işsiz statusu verilməsi qaydaları aşağıdakı kimidir.

İşi və qazancı olmayan, işə başlamağa hazır olub, rayon (şəhər) Məşğulluq Mərkəzlərində işaxtaran kimi qeydiyyata alınmış və işaxtaran kimi qeydiyyata alındıqdan sonrakı 10 gün müddətinə münasib iş təklif edilməsi mümkün olmayan əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli vətəndaşlara müvafiq sənədləri təqdim etdiyi andan işsiz statusu verilir və işsizlik müavinəti təyin edilir.

2 ay işsizlik müavinəti aldıqdan sonra növbəti ay müavinət karta yüklənmədi və bununla əlaqədar Sumqayıt şəhər MəşğulluqMərkəzinə getdim və nə üçün müavinətinverilmədiyiniöyrəndikdə, xitmətin əməkdaşı Rita xanım söylədi ki, bu ay işsizlik müavinəti sonuncu ayını alanlara ödənildiyi üçün sizin müavinət verilməyib . Halbuki tanıdığım bir çox sumqayıtlı var ki, onlar sonuncu aylarını yox, mənim kimi müavinətini alanlar idi. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - "Çağrı mərkəzi” nə zəng edərək şikayətimi bildirdim. 142 - "Çağrı mərkəzi” dən şikayətimlə bağlı araşdırma aparıldı və mənə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məktub gəldi . Məktubu olduğu kimi diqqətinizə çatdırıram :

Sizin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 saylı Çağrı Mərkəzinə işsizlik müavinətinin ödənilməsi ilə əlaqədar etdiyiniz müraciətinizə tərəfimizdən baxılmışdır.

Nəzərinizə çatdırırıq ki, Sizə 01.06.2016-cı il tarixindən 75.00 manat məbləğində işsizlik müavinəti təyin olunmuş və iyun , iyul ayları üçün hesablanmış işsizlik müavinətı Sumqayıt şəhər Məşğulluq Mərkəzi tərəfindən Sizin kart hesabınıza köçürülmüşdür. Növbəti aylar üçün hesablanmış işsizlik müavinəti həmin ayların maliyyələşmələsi zamanı Sumqayıt şəhər Məşğulluq Mərkəzi tərəfindən Sizin kart hesabınıza köçürüləcəkdir.

Bu məktubdan sonra Sumqayıt Məşğulluq Mərkəzi daha 1 ay da işsizlik müavinətini kart hesabıma vursa da, növbəti ayları yenə imtina edərək öncəki aylarda olduğu kimi arqumentləri digər müavinət alanların son ayları olmasına yönləndirdi. Bununla əlaqədar bir daha Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 saylı Çağrı Mərkəzinə şikayətimi bildirdim və qeyd elədim ki, Sumqayıt şəhər Məşğulluq Mərkəzi siz Nazirliyin göstərişinə məhəl qoymur...

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini də işıqlandırmağa hazırıq. 









Redaktorun seçimi