Bankların dollar almaqdan imtina etməsinə - Palatadan münasibət

Hit: 626
Bankların dollar almaqdan imtina etməsinə - Palatadan münasibət

Banklar xarici valyuta alışına qadağa qoyub.

Qadağanın haradan qaynaqlanması ilə bağlı araşdırmalara cavab olaraq qeyri-rəsmi şəkildə Maliyyə Bazarlarına Nəzarət Palatasının şifahi göstərişi olduğunu öyrəndik.

Faktor.az xəbər verir ki, məsələ ilə bağlı Palatanın Direktorlar Şurası sədrinin müşaviri Rüfət Abbasovun Fins.az-a açıqlamasına görə, təmsil etdiyi qurum belə bir tapşırıq verməyib.

O, bankların əhalidən dollar və avronu almamasının səbəbini “Bu izafi valyuta likvidliyi ilə bağlı ola bilər”, - deyə izah edib. R.Abbasov bildirib ki, Palata bankların dollar alış-satışına, qoyduqları limitlərə müdaxilə etmir. 

Faktor.az









Redaktorun seçimi