Mastercard regiondakını fəaliyyətini yeni Bakı ofisi ilə genişləndirir

Hit: 1245
Mastercard regiondakını fəaliyyətini yeni Bakı ofisi ilə genişləndirir
Mastercard regiondakı fəaliyyətini genişləndirmək strategiyası çərçivəsində Azərbaycanın paytaxtı Bakıda yeni ofisini təqdim edib. Bu addım Azərbaycanın şirkət üçün əsas bazar kimi əhəmiyyətini vurğumaqla yanaşı, Mastercard-ın region üzrə ödəniş həllərinin inkişafına sadiqliyini nümayiş etdirir.
 
Yeni Bakı ofisi regiondakı tərəfdaş və müştərilərə əməliyyat, texniki dəstək və konsultasiya xidmətlərinin göstərilməsi mərkəzi kimi fəaliyyət göstərəcək.
 
“Azərbaycanda innovativ ödəniş həllərini inkişaf etdirmək üçün banklar, hökümət təşkilatları və digər maraqlı tərəflərlə fəal əməkdaşlığı da planlaşdırırıq.

Regiondakı mövcudluğumuzun ödəniş infrastrukturuna töhfə verəcəyindən və bütün azərbaycanlılar üçün maliyyə inklüzivliyini artıracağından əminik”, deyə Mastercad Azərbaycan üzrə ölkə meneceri Emil Zeynalov bildirib.
 








Redaktorun seçimi