Fiziki şəxs öz istifadəsi üçün ət idxalı zamanı ödədiyi ƏDV-ni əvəzləşdirə bilərmi?

Hit: 201
Fiziki şəxs öz istifadəsi üçün ət idxalı zamanı ödədiyi ƏDV-ni əvəzləşdirə bilərmi?
İctimai iaşə xidməti sahəsində fəaliyyət göstərən müəssisənin öz fəaliyyətində (yeməklərin hazırlanmasında) istifadə etmək üçün xarici ölkədən idxal etdiyi ət və ət məhsulları, eləcə də toyuq əti və toyuq məhsulları üçün ödədiyi ƏDV-ni əvəzləşdirmək hüququ varmı?
 
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, ƏDV qeydiyyatında olan vergi ödəyicisi tərəfindən idxal edilmiş mallara görə idxalda ödənilmiş ƏDV-nin məbləğləri idxal sənədləri əsasında Vergi Məcəlləsinin 175-ci maddəsinə uyğun qaydada əvəzləşdirilir.
 
Eyni zamanda, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, artıq ödənilmiş məbləğlərin digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi və vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsi Vergi Məcəlləsinin 87-ci maddəsində təsbit edilib.
Vergi ödəyicisi tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin onun sonrakı öhdəliklər üzrə ödəmələrinin hesabına aid edilməsinə qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmayıb.
 
Əsas: Vergi Məcəlləsinin 87-ci və 175-ci maddələri








Redaktorun seçimi