Azərbaycan Rusiyanın ağac emalı məhsullarının əsas ixrac bazarları arasındadır

Hit: 180
Azərbaycan Rusiyanın ağac emalı məhsullarının əsas ixrac bazarları arasındadır
Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan Rusiya Federasiyasının taxta materiallarının ixrac bazarları arasında ilk onluğa daxil olub.
 
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı “Roslesinforq”un məlumatına istinadən xəbər verir ki, hesabat dövründə əsas tədarük Çinin payına düşüb. Belə ki, cari ilik ilk rübündə bu ölkəyə təqribən 2,6 milyon kubmetr və ya məhsul ixracının 60%-i göndərilib.
 
2024-cü ilin yanvar-mart aylarında 10 əsas idxalçı aşağıdakılardır:
 
Çin - 2,564 milyon kubmetr
 
Özbəkistan - 375,6 min kubmetr
 
Türkiyə - 292,2 min kubmetr
 
İran - 165,7 min kubmetr
 
Honkonq - 133,1 min kubmetr
 
Qazaxıstan - 123,3 min kubmetr
 
Tacikistan - 105,4 min kubmetr
 
Yaponiya - 89,7 min kubmetr
 
Azərbaycan - 66,6 min kubmetr
 
Qırğızıstan - 59,7 min kubmetr








Redaktorun seçimi