Sahibkarlar Özbəkistanda keçiriləcək sərgiyə dəvət olunurlar

Hit: 221
Sahibkarlar Özbəkistanda keçiriləcək sərgiyə dəvət olunurlar
Bu ilin 28-30 may tarixlərində Daşkənd şəhərində Özbəkistanın mebel və ağac emalı sənayesində aparıcı tədbiri sayılan 20-ci Beynəlxalq “İstehsalat Texnologiyaları. Ağac emalı. Mebel və komponentlər – “MebelExpo Uzbekistan 2024” sərgisi keçiriləcək.
 
İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun məlumatına görə, Azərbaycan sahibkarları sözügedən sərgidə iştirak etməyə dəvət olunurlar.
 
Builki yubiley sərgidə ənənəvi olaraq hazır mebel istehsalçıları, həmçinin avadanlıq, komponent materialları, mebel üçün kimyəvi maddələr, fitinqlər, aksesuarlar və sair tədarükçülər təmsil olunacaq. “MebelExpo Uzbekistan 2024” sərgisində 15 ölkədən 150-dən çox şirkət və brendin iştirakı planlaşdırılır.
 
Sərgidə iştirak etmək istəyən Azərbaycan sahibkarları aşağıdakı elektron poçt və ya telefon nömrəsi vasitəsi ilə əlaqə saxlaya bilərlər:
 
 
Tel: (+998 71) 205-14-14
 
Əlaqələndirici şəxs: Yana İvanova








Redaktorun seçimi