Gömrük Komitəsinin nümayəndə heyəti Moldovada səfərdə olub

Hit: 199
Gömrük Komitəsinin nümayəndə heyəti Moldovada səfərdə olub
Martın 25-26 tarixlərində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti Moldova Respublikasında səfərdə olub.
 
Martın 25-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Moldova Respublikası Gömrük Xidmətinin nümayəndə heyətləri arasında görüş keçirilib.
 
Azərbaycan Respublikasının Moldova Respublikasında səfiri Ülvi Baxşəliyevin də iştirak etdiyi görüşdə Azərbaycan və Moldova gömrük xidmətləri arasında ikitərəfli və beynəlxalq təşkilatlar səviyyəsində mövcud əlaqələrdən məmnunluqla bəhs edilib, qarşılıqlı əməkdaşlığın, həmçinin  təcrübə mübadiləsinin gücləndirilməsinin vacibliyi vurğulanıb. Görüşdə Moldova gömrüyünün Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə dair əldə etdiyi təcrübə və sistemin yaxın vaxtlarda test variantda tətbiqi,  Ümumi  Tranzit Proseduru Konvensiyasına üzvlük, milli qanunvericilikdə aparılan təkmilləşdirilmələrlə bağlı təqdimatlar nümayiş etdirilib.
 
Görüşün sonunda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Moldova Respublikası Gömrük Xidməti arasında Gömrük sahəsində ikitərəfli əməkdaşlığa dair Birgə Bəyannamə imzalanıb.
 
Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Moldova Respublikası Gömrük Xidmətinin hüquq, qaçaqmalçılıqla mübarizə idarələrinin, Təlim və Laboratoriya Mərkəzinin fəaliyyəti ilə tanış olublar.
 
Moldova Respublikasında səfərdə olan Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti martın 26-da bu ölkənin Rumıniya ilə sərhəddə yerləşən Skuleni və əlaqələndirilmiş gömrük nəzarətinin həyata keçirildiyi Leuşeni-Albitsa  gömrük-sərhəd keçid məntəqələrində olub. Nümayəndə heyətinə sərhədkeçmə proseslərinin, gömrük nəzarətinin təşkili ilə bağlı məlumat verilib.








Redaktorun seçimi