Rolls-Royce “GRAVITY RACERS”: - Goodwood dövrünün ilk maşınları

Hit: 775
Rolls-Royce “GRAVITY RACERS”: - Goodwood dövrünün ilk maşınları

“Rolls-Royce-un evində istehsal olunan ilk avtomobilləri xatırlamaq böyük bir imtiyaz oldu. Daha öncə, hələ ilk Phantom-lardan hər hansı müştərilərə təqdim edilməzdən əvvəl, Goodwood sürət festivalında “Soapbox Challenge” adlanan yarışda əllə istehsal olunmuş “Gravity Racer”-lər iştirak etmişdir. Yarış fəaliyyətlərindən təqaüdə çıxan və qərargahımızda nümayiş etdiriləndən sonra, onlara əvvəlki şöhrətlərini qaytarmaq üçün yorulmadan çalışan əməkdaşlarımız tərəfindən təmir olunduğunu elan etməkdən məmnunuq.

İlk sürüşlərindən iki onillik keçdikdən sonra bu qiymətsiz artefaktlar Rolls-Royce evində son 20 ildə nə qədər irəli getdiyimizi xatırladan xoş bir xatırlatma rolunu oynayır. Əminik ki, onlar Rolls-Royce həvəskarları klubundakı dostlarımız tərəfindən əziz tutulacaq və burada onlar Rolls-Royce-un zəngin tarixinin onsuz da geniş arxivinə əlavə olunacaqlar”. Andrew Ball, Rolls-Royce Motor Cars-ın Korporativ Əlaqələr və İrs şöbəsinin rəhbəri belə şərh etdi.

Bu gün Rolls-Royce Motor Cars Goodwood dövrünün ilk avtomobillərini yada salır. Məşhur inancın əksinə olaraq, bu, 1 yanvar 2003-cü il saat 00.01-də istismara verilmiş və müştəriyə təhvil verilən ilk Phantom modeli deyildi; əslində, Rolls-Royce-un müasir intibahı iki il əvvəl Goodwood sürət festivalında “Soapbox Challenge”-da başladı.

Spectre, Cullinan, Ghost və ya Phantom-dan əvvəl Rolls-Royce “Close Coupled Drophead Gravity Racers” modelləri var idi. Markanın Goodwood dirçəlişinin təcəssümü, RR-0.01 və RR-0.02 kod adlı bu dördtəkərli, motorsuz avtomobillər, eyni bacarıqlı əllər tərəfindən yığılmış və tezliklə qərbi Sussex-də markanı yenidən işə salacaq heyrətamiz bir model idi. "Rolls-Royce Layihəsi" hələ körpəlik dövründə (yeni obyekt üçün planlaşdırma icazəsi yenicə verilmişdi) sürücülərə 2001 və 2002-ci illərdə Goodwood sürət festivalının 2001 və 2002-ci il buraxılışlarında “Soapbox Challenges”-də iştirak etmək tapşırılmışdı.

RR-0.01-in xətləri ilk Goodwood Phantom-un dizaynına işarə edirdi. Karbon və şüşə lifdən, kompozit pətək formasında lövhələrdən və dəqiq alüminium komponentlərdən hazırlanmış hissələr 2001-ci ildə sürət festivalında ən yaxşı dizayn mükafatını qazanan Phantom VII-yə heyrətamiz dərəcədə bənzəyirdi. O, kapotunda unikal, "March Hare" talismanı ilə bəzədilib; Yenidən dizayn edilmiş “Spirit of Ecstasy”, yeni tikilmiş Goodwood zavodu 2003-cü ildə rəsmi öz qapılarını açana qədər Phantom-da debüt etməyəcəkdi. 2001-ci il “Soapbox Challenge” yarışında onu Rolls-Royce-un müasir dövrdəki ilk dizayn direktoru Ian Cameron idarə etdi və o, son döngədə Bentley sürücüsünü ötməyi bacardı.

RR-0.02 1911-ci il London- Edinburgh yarışının və 1913-cü ildə Alp dağlarında keçirilən sınaqların qalibi olan, Rolls-Royce-un "dünyanın ən yaxşı avtomobili" yaradıcısı kimi mövqeyini möhkəmləndirən Silver Ghost modelindən ilhamlanıb. Möhtəşəm sələfi kimi, RR-0.02 sürət konseptinə üyğun olaraq qurulmuşdur, onun formullu yarış tərzində sükan çarxları yuvarlanma müqavimətini minimuma endirmək üçün hamar, boruşəkilli şinlərlə birləşir; 2002-ci ildə “Soapbox” yarışında Ian Cameron komandanı sürət yarışında qələbəyə apararaq, ən sürətli yarışçı üçün Newton Apple mükafatını qaldırdı. O, həmçinin Goodwood-un “Wazir”-i tərəfindən “Merit of Excellence” ilə təltif edilib, və “Grand Soap Wazir” fəxri adını qazanıb -fərqlənən yarışçılar üçün xüsusi mükafat. Alüminium və karbon lifindən hazırlanmış, boyalı taxta və dəri bəzəyi ilə “pantheon” radiator barmaqlığının üstündə bənzərsiz qoşa sual işarəsi monoqramı ilə markanın Goodwood-da yenidən canlanmasına işarə edir.

Bu zəfərlərdən sonra yarışçılar yeni tikilmiş Rolls-Royce evinin əsas qəbul otağında qürurla nümayiş etdirilərək, müştərilərin və ziyarətçilərin diqqətini cəlb etdilər. Goodwood-da ərsəyə gəlməsinin sübutu olaraq, onlar 2013-cü ildə beşinci və son “Soapbox Challenge” yarışmasında iştirak etdilər. Onlar bir daha yarışı uğurla başa vurdular, RR-0.02 finişə doğru 72 mil/saat sürətə çatdı.
Bu əlamətdar avtomobillər indi Rolls-Royce-un evində növbəti nəsil bacarıqlı sənətkarlar tərəfindən öz əvvəlki şöhrətinə qaytarılıb və onların füsunkar tarixinin növbəti fəslinə hazırlanıb. Yarışçılar bu yaxınlarda Rolls-Royce “Apprentices” komandası tərəfindən idarə olunan mexaniki bərpadan keçiblər. Buraya RR-0.01-də kompleks ön barmaqlığın təmiri və RR-0.02-də əl işi ilə hazırlanmış qabaq şüşənin dəyişdirilməsi daxildir, hər ikisi əvvəlcə yarış zamanı zədələnmişdir.

Onlar, Goodwood-dan Northamptonshire-dəki “Hunt House”-da Rolls-Royce həvəskarlar klubunun qərargahına aparıldılar. Burada onlar marka üçün yeni şəfəq açdıqları 20 ildən artıqdır ki, klubun bənzərsiz Rolls-Royce rekordları və xatirə əşyaları kolleksiyasında öz yerlərini aldılar.


 









Redaktorun seçimi