USAID və​ Caspian Energy Club əməkdaşlıq etmək haqqında razılığa gəlib

Hit: 576
USAID və​ Caspian Energy Club əməkdaşlıq etmək haqqında razılığa gəlib

USAID və Caspian Energy Club əməkdaşlıq etmək haqqında razılığa gəlib.

Bu barədə Faktor.az-a "Caspian Energy Club"-un sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Telman Əliyevin sözlərinə görə, “USAID" çox nüfuzlu təşkilatdır və biz sizinlə əməkdaşlığa başladığımız üçün şadıq. Bu razılaşma Özəl Sektorun İnkişafına Dəstək Layihəsi (PSA) çərçivəsində həyata keçiriləcək və "Caspian Energy Club" ilə "USAID" arasında əməkdaşlığın yeni istiqamətinin əsasını qoyacaq. Bu da öz növbəsində sosial xarakterli tədbirlər keçirməyə imkan verəcək, həmçinin, "Caspian Energy Club"-un regionlarda keçirdiyi tədbirlərin spektrini daha da genişləndirəcək. Əməkdaşlığın prioritetini biz kiçik və orta biznes sahəsində, aqrosənaye sektorunda, gender bərabərliyi və təhsil məsələləri istiqamətində birgə layihələrin və tədbirlərin həyata keçirilməsində görürük. Bundan üçün biz daha çox sayda forum, meetup, dəyirmi masa, seminar və treninqlər təşkil edəcəyik. Biz dəstəyə və iştiraka görə "USAID Azerbaijan"-ın rəhbərliyinə və komandasına təşəkkür edirik. Əminik ki, əməkdaşlığımız ən yaxın
zamanda öz bəhrəsini verəcək».

USAID-in Özəl Sektorun İnkişafı Layihəsi (PSA) (2019-2024) Azərbaycan iqtisadiyyatının dayanıqlığını gücləndirmək və əlverişli biznes mühitini yaxşılaşdırmaq məqsədi ilə birgə investisiyaların yatırılmasına və tərəfdaşlıqların qurulmasına şərait yaradır. Layihənin məqsədi Azərbaycanda özəl sektorun rəqabətliliyini (əsas diqqəti kənd təsərrüfatının inkişafına və kənd yerlərində iqtisadi fəaliyyətə yönəltməklə) və biznesə dəstək xidmətlərinin potensialını gücləndirmək, eləcə də mikro, kiçik və orta sahibkarlığın inkişafını yubadan inzibati maneələri aradan qaldırmaqdır. PSA layihəsi qadınların rəhbərlik etdiyi müəssisələri, peşəkar assosiasiyaları və onların üzvlərini bir araya gətirir, onların potensialını gücləndirir, kənd yerlərində qadınlar üçün yeni imkanlar yaradaraq qadınların iqtisadi fəaliyyətinə təkan verir.
Sıralarında 50 ölkədən 5 mindən çox şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.









Redaktorun seçimi