Ekspres AVM rebrendinq etdi

Hit: 1140
Ekspres AVM rebrendinq etdi
Azərbaycanın ilk alış-veriş Platforması olan Ekspres AVM yeni bir beynəlxalq markanı Azərbaycana gətirərək rebrendinq etdi və adını “ebrend” olaraq dəyişdirdi.
 
AILEEN MMC-yə aid olan Ekspres AVM platforması artıq 2 ildən çoxdur ki, Azərbaycanda öz fəaliyyətini davam etdirir. Ölkəmizdə olan mağazaları özündə cəmləyən, müştərilərinə ən yüksək xidməti göstərən Ekspres AVM bu ilin sentyabr ayında rebrendinq edərək daha təkmil, daha innovativ bir platforma halına gəlmişdir.
 
Bununla bağlı AILEEN MMC-nin direktoru Elgün Cəlalov bildirib:
 
“Ekspres AVM bizim üçün çox böyük təcrübə oldu, müştərilərimizi, partnyorlarımızı çox düzgün şəkildə analiz etmiş olduq. 2020-ci ilin fevral ayından çıxdığımız yolda xalqımızın sözün əsl mənasında nəbzini tutmuş olduq. Bu yolda bizə dəstək olan, hamıya öz dərin təşəkkürümü bildirirəm. Bu ilin sentyabr ayında şirkətimiz rebrendinq edərək beynəlxalq bir markanı ebrendi ölkəmizə gətirdi. Ekspres AVM-dən fərqli olaraq ebrend daha çox üstünlüklərə malik bir platforma olacaq.
 
Qeyd edim ki, platformamız təkcə Azərbaycanda deyil bəzi Avropa ölkələrində də fəaliyyət göstərəcək. ebrend platformasını yaratmaqda məqsədimiz xalqımıza daha geniş bazar, daha rahat və sürətli xidmət, daha uyğun qiymət təklif etməkdir. Düşünürəm ki, Azərbaycanda olan mağazalar ebrendin onlar üçün  yaratmış olduğu fürsətlərdən yararlanmalıdırlar. Gec olmadan gələcəyə inteqrasiya etmək lazımdır. Ebrend ölkəmizdə artıq ebrend.az şəklində fəaliyyətə başlamışdır.”.
 
Qeyd edək ki, ebrend.az platformasına müvafiq şirkət sənədlərini yükləməklə, heç bir ödəniş etmədən,  qeydiyyatdan keçib, məhsullarınızı yükləyib, dərhal satışa başlaya bilərsiniz.
 
Alıcılar üçün isə çox böyük kampaniyalar, hədiyyələr, kuponlar, keşbeklər və daha çox üstünlüklər vardır.








Redaktorun seçimi