DYP yeni tədris ili ilə bağlı sürücülərə müraciət etdi

Hit: 1203
DYP yeni tədris ili ilə bağlı sürücülərə müraciət etdi
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
 
İdarənin İctimaiyyətlə Əlaqələr bölməsinin baş inspektoru, mayor Araz Əsgərli bildirib ki, yeni tədris ilinin başlanması və məzuniyyət dönəmimin bitməsi ilə əlaqədar olaraq paytaxt ərzisində nəqliyyatın sıxlığı əhəmiyyətli dərəcədə artıb:
 
“Bütün hərəkət iştirakçılarından yollarda diqqəti artırmağı, şəhərin real hərəkətini düzgün qiymətləndirməyi, hər bir qayda pozuntusunun ümumi vəziyyətə mənfi təsir göstərdiyini unutmamağı xahiş edirik.
 
Dəfələrlə moped, velosiped, skuter kimi nəqliyyat vasitələrinin yolun sağ zolağı ilə hərəkət etməli olduqlarını, təhlükəli manevrlər etməmələrini, təhlükəsizlik üçün şlemlərdən istifadənin vacibliyini vurğulamağımız və bu qaydaların pozulmasının inzibati məsuliyyətə səbəb olduğunu qeyd etməyimizə baxmayaraq, eyni növ qayda pozuntularının gündəlik xidmətimizdə tez-tez şahidi oluruq.
 
Bir daha qeyd etdiyimiz məsələlərə qarşı məsuliyyəti artırmağı özünün və ətrafdakı insanların haqlı narazılıqlarına səbəb olan hallardan çəkinməyi xahiş edirik”.

Faktor.az








Redaktorun seçimi