“Al Market” artıq Zəngilanda da xidmətinizdədir!

Hit: 866
“Al Market” artıq Zəngilanda da xidmətinizdədir!
Minlərlə əməkdaşı ilə günü-gündən böyüyən ailənizin marketi - “Al Market” mağazalar şəbəkəsi Azərbaycanın dörd bir yanında fəaliyyət göstərir.
 
Ali baş komandanımızın,rəşadətli ordumuzun və vətənimizin bütövlüyü üçün çalışan hər kəsin birliyi ilə zəfər qazandıq. Zəfərdən sonra 30 ildir öz yurdundan didərgin düşən Zəngilanlılar evlərinə qayıdış etməyə başladılar.
 
“Al Market” mağazalar şəbəkəsi də belə möhtəşəm qayıdışdan sonra qürur hissi ilə yeni filialını Zəngilanın Ağalı kəndində müştərilərinin xidmətinə verdi.
 
 Qeyd edək ki, bu gün yüzlərlə filialı ilə fəaliyyət göstərən “Al Market”lər mağazalarındakı ərzaq və qeyri-ərzaq məhsulları üzrə çeşidliliyini yerli və qlobal brendlər, həmçinin özünəməxsus məhsulları ilə zənginləşdirir. “Yüksək keyfiyyət, uyğun qiymət” sloqanını əsas tutan “Al Market”lər ailənizin ehtiyacları üçün minlərlə məhsulla xidmətinizdədir.








Redaktorun seçimi