Rolls-Royce Motor Cars: Phantom Seriya II Böyük Britaniyada - “SALON PRIVE”-DA DEBÜT EDİR

Hit: 1254
Rolls-Royce Motor Cars: Phantom Seriya II Böyük Britaniyada - “SALON PRIVE”-DA DEBÜT EDİR

“Rolls-Royce Motor Cars yenidən Blenheim Sarayında Salon Privé-də olmaqdan məmnundur. Salon Privé lüks məhsullar dünyası üçün mühüm hadisədir və onu Phantom Seriya II-nin ictimai debütü üçün mükəmməl məkana çevirir.  Tədbirdə biz həmçinin Bespoke Black Badge Ghost modelinidə təqdim edəcəyik. Bu ilki tədbirdə - dəyərli müştərilərimiz, dostlarımız və media ilə görüşü səbirsizliklə gözləyirəm”.

Boris Veletsky, Rolls-Royce Motor Cars-ın Böyük Britaniya, Avropa, Rusiya və Mərkəzi Asiya üzrə regional direktoru.

31 Avqust 2022-ci il tarixindən etibarən lüks avtomobil həvəskarları Oksfordşir, Blenheim Sarayının ərazisində, “Concours d'Élégance”-da “Salon Privé”-da toplaşacaqlar. Rolls-Royce Motor Cars tədbirdə iki “Bespoke” modellərini nümayiş etdirəcək - Phantom Seriya II və Black Badge Ghost. Bu modellərin hər biri Rolls-Royce-un “Bespoke” sifarişlərinə xüsusi yanaşmasının sübutu və markanın yüksək səviyyəli sənətkarlıq, dizayn və mühəndislik bacarıqlarının göstəricisidir.

Phantom lüks dünyasının zirvəsində unikal bir mövqe tutur. Bu zirvədə, o, Rolls-Royce dizayn, mühəndislik və sənətkarlığını təmsil edir.
Rolls-Royce Motor Cars bu yaxınlarda Phantom Seriya II üçün yeniliklər təqdim etdi. Phantom-un səkkizinci nəsli 2017-ci ildə təqdim edildi. Bu model üzərində işləyərkən, Rolls-Royce dizaynerləri və mühəndisləri, müştərilərin istəklərini rəhbər tutaraq heç bir əsaslı dəyişiklik etməməyi qərara almışdılar. Müştərilərin tələblərinə uyğun olaraq, yalnız ən yüngül dizayn toxunuşları, bəzəklər və uyğunlaşmalar daxil edilmişdir. Yanaşma - nəyi dəyişdirmək yox, nəyi daha çox qoruyub saxlamaq lazımdır.

Saxlanması lazım olan ən vacib xüsusiyyət, Phantomun liderlik aurasıdır. Bu, Panteon barmaqlığının üzərində gündüz vaxtı üçün nəzərdə tutulan işıqlar arasında yeni cilalanmış üfüqi xətt ilə daha da gücləndirildi.
Panteon Barmaqlığında edilən incə həndəsi dəyişiklik 'RR' nişanını və “Ekstaz Ruhu” heykəlciyini öndən baxanda daha da qabarıq edir. Barmaqlığın özüdə indi işıqlandırılıb, bu xüsusiyyət Ghost-da debüt edib və populyarlaşıb. Fənərlər mürəkkəb lazerlə ulduz formasında kəsilib, və içəridə “Starlight Headliner” ilə vizual əlaqə yaradır bununla - Phantom-un gecə görünüşünü daha da möhtəşəm edir.
Phantom-un yan hisəssi Rolls-Royce-a xas olan qısa ön və uzun arxa asqını, uzun təkər bazası və geniş c sütununu saxlayır, sonuncusu sərnişinlər üçün daha çox məxfilik imkanı yaradır. Siluet “Ekstaz Ruhundan” ilhamlanan avtomobilin arxa tərəfinə qədər uzanan zərif xətləri qoruyub saxlayır. “Ayrılmış kəmər” xətti ön qanaddan başlayır və arxa qapılara doğru enir, bununlada avtomobilin uzun tire-ox nisbətlərini vurğulayır. Dərin kəsilmiş "waft line" güclü kölgə yaradır və markanın bənzərsiz "Sehrli Xalça Sürüşü" effektinin əyani göstəricisidir.

Yandan avtomobilin görünüşü yeni təkər dəsti ilə daha da detallı forma alıb. Üçbucaq üzlü 3D, frezelenmiş, paslanmayan polad təkərlər artıq tam və ya qismən cilalanmış tərzdə sifarış verilə bilər. Alternativ olaraq, Phantom 1920-ci illərin Rolls-Royce avtomobillərini xatırladan, həqiqətən də zərif disk çarxı ilə bəzədilə bilər. Bu disk çarxı həm cilalanmış paslanmayan poladdan, həm də qara lakdan hazırlanmışdır və quruda uçuş hissini mükəmməl şəkildə çatdırır.

Əvvəllər qaralmış xrom radiator barmaqlığı, qara kapot, ön şüşə ətrafı və yan çərçivənin tamamlayıcıları sifarişlərini vermək istəyən Phantom müştərilərinə cavab olaraq, bunlar indi yeni modeldə sifariş oluna bilər. Bu estetika indi Rolls-Royce-a Phantom-u işığın ən açıq və ya qaranlıq görünüşlərinin ən qaranlığına çevirməyə imkan verir.

Bu ilki “Salon Privé” üçün klassik Rolls-Royce-un iki tonlu rəngində, Qara və Monteverde yaşılı ilə, Peony Pink (çəhrayı) rəngində xətt ilə təqdim edilən Bespoke Phantom istifadəyə verildi. Daxildə Scivaro Grey (boz) interyeri Peony Pink ilə əvəzlənir. Obsydian Ayous açıq məsaməli ağac və panellər müasir, lakin isti görünüş təssüratı bağışlayır.

ROLLS-ROYCE BLACK BADGE
2016-cı ildə satışa çıxarılan Black Badge, Rolls-Royce brendinin üsyançı ruhunu təmsil edir. Daha çox fırlanma anı, dəqiq idarəetnə və daha güclü dizayn edilmiş Rolls-Royce Black Badge öz şərtləri ilə yaşayanlar üçündür. Bu, yeniliklərə açıq oalnlar, qayda pozanlar və hər şeydən əvvəl fərqli olmağa cəsarət edənlər üçündür. Wraith, Dawn, Cullinan və Ghost üçün mövcud olan bu daimi Bespoke seriyası qara, estetik və son dərəcə müasir interyer materiallarını, dinamik aura ilə birləşdirir. Salon Privé 2022 üçün Rolls-Royce Motor Cars bu günə qədər Rolls-Royce-un ən güclü ifadəsi olan Black Badge Ghost-u təqdim edir.

Bu Black Badge Ghost modelinin dramatik ruhunu ifadə etmək üçün parlaq “St. Tropez” eksteryeri seçilmişdir. Scivaro Grey (boz), Charles Blue (mavi) və Mandarin rəngləri interyerdə heyrətamiz birləşmə təşkil edir.
Əvvəlki illərdə olduğu kimi, Tour Privé-da Rolls-Royce Motor Cars liderliyi öz əlinə alacaq. 2022-ci il üçün Rolls-Royce Black Badge Ghost-un iştrak etdiyi 120 millik Cotswolds turu keçiriləcək. Parlaq  Twilight Purple  rəngdə təqdim olunan Black Badge , o cümlədən karbon Ekstaz Ruhu heykəlciyi  və 21 düymlük Black Badge təkərləri eksteryer estetikasını tam nümayiş etdirir, avtomobilin daxilində qara dəri ilə işləmələr cəsarətli təəssürat yaradır, panellərdə və qapı panellərində Tailored Purple rəngi isə kuzov ilə eynidir.



 
 

 









Redaktorun seçimi