ROLLS-ROYCE GHOST - MÜKƏMMƏL SƏS - FOTOLAR

Hit: 1767
ROLLS-ROYCE GHOST - MÜKƏMMƏL SƏS - FOTOLAR

Ghost's Bespoke Audio səs sistemi - zəhmət, çoxsaylı sınaqlar və dəqiq tənzimləmə prosesinin nəticəsidir.

Jakob Rohr, Rolls-Royce-un xüsusi audio laboratoriyasında səs sistemi mühəndisi kimi çalışan və qurmağa kömək etdiyi yeni Ghost's Bespoke Audio səs sistemi haqqında soruşduqda "Bu, təsvirolunmazdır" deyə söyləyir. Sanki, bir orkesterin tam mərkəzində əyləşib, solunuzda skripkaları, sağınızda kontrabasları, qabaqda isə trubaları eşidə bilərsiniz. Bu, özünü musiqiyə qərq etmək kimidir”.
 
Yeni Ghost səs sistemi üçün-məqsəd: studiya keyfiyyətli səs yaratmaq idi. Akustik Analiz Mühəndisi Tomas Davis-Reason deyir: "Həqiqətən peşəkar səs əldə etmək üçün ilk növbədə səsyazma studiyasına mümkün qədər yaxın olan sakit və sabit bir mühit yaratmalıyıq". “Bura aeroakustika, ötürücü akustika, passiv akustika və hətta damın üzərinə düşən yağış damcıları kimi səslər daxildir. Avtomobilin kənarından eşidilə biləcək səsləri minimuma endirmək lazım idi”. Xüsusilə, panellər və birləşmələr arasındakı boşluqların sayını azaltmaq ilə. Bu, həm də əyləc damperinin quraşdırılması, 100 kq-dan çox səs izolyasiyası, 6 mm qalınlığında ikiqat şüşənin quraşdırılması və vibrasiyasını aradan qaldıran xüsusi əlavələrlə təkərlərin akustik performansının optimallaşdırılması demək idi. Nəticə etibarilə, yeni Ghost indiyə qədər yaradılmış ən səssiz maşınlardan biridir.
 
Eyni zamanda, Rolls-Royce-un Bespoke Audio komandası mükəmməl avtomobil audio sistemi üçün lazım olan əsas elementləri müəyyən etmək üçün aylar sərf etdi. Baş mühəndis Yurgen Hauzer deyir: “Biz heç bir güzəştə getməyə hazır deyilik”. "Hər bir dinamik üçün ən yaxşı komponentləri və materialları seçməliyik - və əgər buna aylar və ya illər tələb olunarsa, biz hazırıq." Nəhayət, komanda 18 dinamikin siyahısını azaltmağa müvəffəq oldu - orta səviyyəli dinamiklər və sabvuferlərin kombinasiyası - mükəmməl ətraf səs sistemi yaratmaq üçün onlar avtomobilə diqqətlə inteqrasiya edildi. Dinamiklər qapılarda, paneldə və arxa rəfdə yerləşir, tavan layneri də dinamik rolunu oynayır. Sabvuferlər oturacaqların altında yerləşir və şassinin eşik hissəsi rezonans kamerası kimi istifadə olunmaq üçün nəzərdə tutulmuşdur ki, bu da basın avtomobil boyu bərabər yayılmasını təmin edir.
 
Rohr deyir: "Avtomobilin akustik performansı və xüsusi dizayn edilmiş dinamiklərin sayəsində, biz heç bir səs titrəməsinə səbəb olmadan həqiqətən güclü, dərin tezliklər yarada bildik. Prinsipcə siz nəhəng sabvuferin içərisində oturmusunuz. Bununla, musiqini daha canlı yaşayırsınız. Bu, həqiqətən də gözəl hissdir”.
Bespoke Audio sistemini yeni Ghost-un interyerinə uyğunlaşdırmaq üçün - istifadə olunan materialları və konfiqurasiyaları nəzərə almaqla, keçirilən çoxsaylı sınaqlar ərzində bir sıra səs ustaları tərəfindən test edilmişdir. Onlar Metallica-dan Tracey Chapman-a qədər hər şeyi ehtiva edən xüsusi tərtib edilmiş pleylistdən istifadə etdilər, və nəhayət Tüninq rəhbəri Stefan Behr-i - son sözü deməyə dəvət etdilər.
 
Bespoke Audio sistemini Ghost-a ümümi olaraq inteqrasiya etmək təxminən iki il çəkdi. "Daha yaxşı səslənən heç bir avtomobil hi-fi yoxdur" Hauzer əminliklə bildirdi. 
 
1
1
1
1







Redaktorun seçimi