SOCAR istiqrazlarının növbəti faiz ödənişi edilib

Hit: 632
SOCAR istiqrazlarının növbəti faiz ödənişi edilib
Bakı Fond Birjasında yerləşdirildiyi 9 aylıq müddət ərzində ən çox investisiya edilən qiymətli kağıza çevrilmiş yeni SOCAR istiqrazları üçüncü kupon ödənişi nəticəsində sahiblərinə 1 milyon 125 min ABŞ dolları gəlir gətirib.
 
Fafktor.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə şirkəti - "SOCAR Capital" MMC məlumat yayıb.
 
Bildirilir ki, nominal qiyməti 1000 ABŞ dolları, tədavül müddəti 5 il, illik gəlirliliyi 4,5% olan və faizləri rüblük qrafiklər əsasında ödənilən SOCAR istiqrazlarının növbəti kupon ödənişi bu gün istiqraz sahiblərinin hesablarına köçürülüb.
 
Bununla da, istiqraz sahiblərinin ümumi qazancı 3 milyon 375 min ABŞ dollarına yüksəlib (5 ilin yekununda toplam gəlir 22,5 milyon ABŞ dolları təşkil edəcək). Təkrar bazar əməliyyatları həcminin 23 milyon ABŞ dollarını ötməsi, bağlanmış əqd sayının 220-yə çatması və ən çox ticarət olunan korporativ maliyyə alətinə çevrilməsi SOCAR istiqrazlarına olan yüksək tələbatın göstəricisidir.
 
1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən və Azərbaycanda qeydiyyatdan keçmiş bütün investisiya şirkətlərindən əldə edilməsi mümkün olan SOCAR istiqrazları yüksək likvidliyə malikdir və qiyməti heç vaxt nominaldan (1000 ABŞ dolları) aşağı düşməyib.
 
Qeyd edək ki, SOCAR İstiqrazlarının növbəti – dördüncü – kupon ödənişi noyabrın 1-də baş tutacaq.
 







Redaktorun seçimi