Sağlamlığınıza MƏRCAN toyuqları ilə dad qatın! 

Hit: 927
Sağlamlığınıza MƏRCAN toyuqları ilə dad qatın! 

“Mərcan” toyuq əti məhsullarının istehsalçısı “Azerbaijan Poultry Company” MMC (APC) Ucar şəhərindəki istehsal müəssisəsinə növbəti dəfə media-tur təşkil edib.

Ölkənin aparıcı KİV-lərinin iştirak etdiyi media-turda əsas məqsəd son illər istehsalatda olan yeniliklərlə bağlı məlumat vermək həmçinin Milli Mətbuat günü ilə bağlı jurnali stlər üçün əyləncəli tədbir təşkil etmək olub.
 
Media nümayəndələri ilə görüşən Mərcan quşçuluq fermasının direktoru Pərviz Hacıyev istehsalatla bağlı ətraflı məlumat verib. Bildirib ki, müəssisə 2012-ci ildə, müasir texnologiyalar əsasında qurulub. Hazırda burada ayda 1200 ton toyuq əti istehsal olunur:
 
"Məhsullar müxtəlif çeşiddə olmaqla Bakı, Abşeron, Gəncə, Mingəçevir, Göyçay və Bərdədə və s olan mağazalarda satışa çıxarılır. "Mərcan" brendi olaraq ölkənin toyuq ətinə olan tələbatının ödəyə bilirik. Gələcəkdə istehsalı 1500 tona çatdırmaq niyyətindəyik". 
 
Pərviz Hacıyev qeyd edib ki, "Mərcan" brendi halal məhsul istehsalına nəzarət edən və İslam Əməkdaşlıq Təşkilatı tərəfindən bəyənilən yeganə sertifikasiya orqanı olan Malaziya-nın JAKIM təşkilatının verdiyi sertifikata layiq görülüb. Bu da o deməkdir ki, şirkətin məhsulları MS 15 000 - 2 009 standartının tələblərinə tam uyğundur. Bununla yanaşı "Mərcan" toyuqlarına Qida Təhlükəsizliyi Agentliyi (AQTA) müsbət rəy verib. Yəni "Mərcan" toyuqları AQTA-nın tələblərinə tam cavab verir. P.Hacıyev vurğulayıb ki, müəssisədə toyuqlar tam qapalı şəraitdə, bütün sanitar gigiyenik qaydalara əməl olunmaqla saxlanılır, sağlam yolla qidalandırılır, mümkün bütün xəstəliklərə qarşı vaxtında profilaktik tədbirlər görülür, bıçaqla, tam islami qaydalara uyğun kəsilir. 2021-ci ildə “Mərcan”ın ən müasir tələblərə cavab verən quş damlarının açılışı olub. Bu yetişdirmə damları operatorsuz çalışa bilən, insanla minimal kontaktı olan obyektlərdir. Yemləmə, su verilmə, havalandırma, gecə gündüz iqlim nəzarəti avtomatlaşdırılmış rejimdə mərkəzi kompüter vasitəsilə idarə olunur. Həmçinin damlar quşaların çəkisi, davranışı, narahatlığı və digər məlumatı mərkəzləşdirərək ümumi serverə ötürə bilir.
 
Sonra media nümayəndələri  toyuq istehsalatına baş çəkib, orada aparılan proselərlə bağlı yaxından tanış olublar. Jurnalistlər həmçinin zavodun daxilində yaradılmış ibadət otağı ilə tanış olublar. Bildirilib ki, şirkətin işçiləri hər gün burada namaz qılır, dini ayinləri icra edirlər. Media-turun sonunda şirkətin Pr və Kommunikasiyalar şöbəsinin müdiri Günay Əkbər jurnalistləri maraqlandıran sualları cavablandırıb. Qeyd edib ki, "Azerbaijan Poultry Company” MMC mətbuata hər zaman açıqdır və bundan sonra da KİV nümayəndələri ilə sıx əməkdaşlıq edəcək.
 
Daha sonra Milli Mətbuat günü ilə bağlı media nümayəndələri üçün Göyçay rayonunda əyləncəli tədbir təşkil edilib. Jurnalistlərin şərəfinə tort kəsilib. 
 
Media nümayəndələri göstərilən diqqət və qayğıya görə, “Azerbaijan Poultry Company” MMC-nin rəhbərliyinə o cümlədən tədbirin təşkilində köməklik göstərmiş "Voice Azerbaijan" şirkətinə təşəkkür ediblər.

Faktor.az







Redaktorun seçimi