Ölkədə taxıl biçini zamanı yanğından mühafizə üçün tədbirlər görüləcək

Hit: 537
Ölkədə taxıl biçini zamanı yanğından mühafizə üçün tədbirlər görüləcək
Ölkədə taxıl biçini zamanı yanğından mühafizə məqsədilə tədbirlər görüləcək.
 
Faktor.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev deyib.
 
O bildirib ki, taxıl yığımından əvvəl müəyyən hazırlıq işlərinin aparılmasının böyük əhəmiyyəti var.
 
Bu tədbirin həyata keçirilməsi, məhsulun optimal müddətdə və itkisiz yığılmasına imkan verir. Yığımdan əvvəl hər bir rayonda yaradılmış qərargah, məhsul yığımı ilə bağlı ümumi işlərə nəzarət edir, yaranmış çətinliklərin aradan qaldırılmasına köməklik güstərir, yığım zamanı biçini başa çatmış ərazilərdən biçilməmiş sahələrə kombaynların və digər köməkçi texnikaların dislikasiyasını koordinasiya edir.
 
Taxıl yığımı zamanı ən təhlükəli proseslərdən biri sahə yanğınlarının baş verməsidir. Bu təhlükənin minimuma yendirilməsi üçün əsas işlərdən biri taxıl sahələrinin ətrafının və biçilmiş sahələrin şumlanmasıdır.
Məhsul sahədən yığıldıqdan sonra sahə gecikdirilmədən şumlanmalıdır. Buna yay şumu da deyilir və onun vaxtında aparılmasının bir çox üstünlükləri var.
 
Bu proses torpaq səthində olan yarıqları dağıtmaqla torpaqda olan rütubət itkisinin qarşısın alır, torpaqda olan zərərvericilərin və xəstəliklə yoluxmuş bitki qalıqlarının torpağın alt qatına düşməklə təsirsiz hala çevrir, səpinqabağı torpağın yaxşı hazırlanmasına imkan verir,
 
Həçminin, torpaqda nəmlik itkisi az olduğuna ğörə şumun asan aparılması və yanacaq-sürtkü materiallarına qənaət olunması, torpağın üst səthində olan bitki qalıqlarının alt qata düşməsi, torpağın münbitliyinin artmasına, mikroorqanizmlərin fəallığının artmasına, tirpağın strukturunun yaxşılaşmasına və yaşı yağan vaxtlarda torpaqda nəmliyin daha çox toplanmasına səbəb olur.
Yay şumu torpağı aerasiya prosesi yaxşılaşır, torpaqda olan herbisid, insektisid və digər zərərli kimyəvi maddələrin deqradasiyası sürətlənir, alaq otlarının idarə olunması asanlaşır və zərərli təsiri minimuma yenir.
 
Mineral gübrələrin elmi əsaslarla verilmesi taxılın qida maddələrinə olan təlabatını ödəyir və buna görə də müasir dövrdə taxıllar eyni tarlada 2-3 il fasiləsiz əkilir. Bele hallarda taxildan sonra taxıl əkiləcək sahənin hazırlanmasına kövşənliyin üzlənməsindən başlanılmalıdır",-direktor deyib.
 
F. Xudayev bildirib ki, bu əməliyyat adətən torpaqda olan nəmliyin saxlanmasına və alaq cücərtilərinin məhv edilməsi məqsədi ilə aparılır: "Lakin tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan şəraitində suvarılan bölgələrdə taxılın vegetasiyasının sonunda torpaq o dərəcədə quru olur ki, burada aparılan üzləmə nəmlik toplamaq və onu saxlamaqda bir tədbir kimi özünü doğrultmur, əksinə, quru torpaqda aparılan üzləmə onu bir daha qurudur və strukturunu pozur ki, nəticədə əsas şumun aparılması da gecikir. Gec aparılmış şumda sahə kəltənli olur və onu səpinqabağı ən azı 4-5 dəfə ağır mala və başqa alətlərlə yenidən becərmək lazım gəlir. Ona görə də taxıldan sonra sahənin taxıl üçün hazırlanması zəmi biçilən kimi torpağın dərhal laydırlı kotanla 25-30 sm dərinlikdə şumlamaq məsləhətdir.
 
Şumlamadan sonra torpağın səthinin hamarlanması rütubətin torpaqda qorunması baxımından çox faydalıdır. Dəmyə şəraitində 6-8 sm dərinlikdə üzləmə yaxşı nəticə verir. Taxıl yığımından növbəti taxıl səpininə qədər 3-4 ay vaxt qaldığına görə torpağı bir neçə dəfə becərmək mümkündür. Bele olduqda, torpaqda olan nəmlik qorunub saxlanır. Əkinçilikdə buna torpağın yarımherik şəkildə hazırlanması deyilir. Beləliklə, təcrübələr göstərir ki, yay şumunun aparılası, torpağın strukturunun yaxşılaşdırılması, nəmliyin toplanması, zərərli orqanizmlərin məhv olması, alaq otlarının kütləvi artmasının qarşısının alınması, torpaq nəmliyinin və münbitliyinin artması, səpinqabağı torpağın keyfiyyətli hazırlanması fermerlərin yüksək məhsul almasına zəmin yaradır".







Redaktorun seçimi