Qaynar xəttə gözləyənlərə endirim!

Hit: 969
Qaynar xəttə gözləyənlərə endirim!

“Telefon xəttində 15 saniyə gözlədiyim deyə bankdan kart əldə etdim”.

Tanınmış jurnalist Ülviyyə İsmayılova Facebook sosial şəbəkəsində post paylaşaraq, AccessBank tərəfindən keçirilən maraqlı kampaniya barədə yazıb. Jurnalist qeyd edib ki, uzun illərdir ki, bankın müştərisidir. Hər zaman maliyyə işlərini həll etmək üçün bankın 151 nömrəsi ilə əlaqə saxlayan jurnalist xəttə gözləyərkən öyrənib ki, gözləmə müddətində olan müştərilər bankdan hədiyyə qazanırlar.

Məsələ ilə bağlı Accessbank-la əlaqə saxladıq. Bankdan bildirildi ki, həqiqətən də əlaqə mərkəzində kampaniya keçirilir.  Kampaniya şərtlərinə görə, banka zəng edib və 15 saniyə ərzində zənginə cavab verilməyən müştərilərə myCard kartları 50% endirimlə təklif olunur. Kampaniya iyul ayının 5-dək keçiriləcək.

Faktor.az









Redaktorun seçimi