Bakıda və Hacıqabulda su kəsiləcək

Hit: 710
Bakıda və Hacıqabulda su kəsiləcək
İntensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlıq yüksək olduğundan Kür Sutəmizləyici Qurğular Kompleksində suyun emalı azalıb.
 
Faktor.az xəbər verir ki, bu barədə "Azərsu" ASC məlumat yayıb.
 
Məlumatda deyilir ki, bununla əlaqədar Hacıqabul rayonunun Kür-Bakı magistral kəmərindən su alan kəndlərinə, həmçinin Bakının Qaradağ rayonuna, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
 
Qurum narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.







Redaktorun seçimi