“Əsgərə xatirə” layihəsinə “SARO”-dan böyük dəstək - FOTOLAR

Hit: 914
“Əsgərə xatirə” layihəsinə “SARO”-dan böyük dəstək - FOTOLAR
24 may 2022-ci iltarixdə Bakıda “Əsgərə Xatirə” layihəsinin təşkilatçılığı, Müdafiə Nazirliyinin birgə əməkdaşlığı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasında, qorunub-saxlanılmasında canından keçmiş və şücaət göstərmiş, eləcə də Vətən Müharibəsi zamanı vətəndaşlıq borcunu layiqincə yerinə yetirən şəhid və qazi analarına, həyat yoldaşlarına, bacılarına və qız övladlarına həsr olunmuş tədbir keçirilmişdir.
 
Tədbirdə “SARO” Çay şirkətinin Marketinq şöbəsinin müdiri Fərid Dadaşov da iştirak etmişdir.
 
“SARO” Çay şirkətinin Marketinq şöbəsinin müdiri Fərid Dadaşov çıxış edərək qeyd edib ki,  “ümummilli lider Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, tarixi varislik ənənəsinə uyğun olaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olunub və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Ulu öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra ölkəmizdə milli hərbi təhsil sisteminin əsası qoyulub, Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılıb. Müstəqil Azərbaycanın ordu quruculuğu Ümummilli Liderin adı ilə bağlıdır.
 
Dahi rəhbər 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalayıb. 2001-ci il 20 avqust tarixli Fərmana əsasən, Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılıb. Silahlı Qüvvələrin quruculuğu, təkmilləşdirilməsi və inkişafı prosesi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib, Azərbaycan Ordusunun döyüş qabiliyyəti, maddi-texniki təchizatı gücləndirilib. Məhz bu tədbirlər nəticəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz 44 günlük Vətən müharibəsində düşmən üzərində tarixi Zəfər çalıb.”
 
Tədbirin sonunda layihənin fəxri üzvü, Fərid Dadaşova  “Hərbi vətənpərvərlik Tərbiyəsində və Hərbi Əməkdaşlıq Sahəsindəki Xidmətlərinə görə”  fəxri fərmanla təltif olunmuşdur. Şəhid övladlarına “SARO” Çay şirkətinin hədiyyələri təqdim edilmişdir.
 
1
1
1
1
1
1
1








Redaktorun seçimi