AccessBank-da yeni idarəedici komanda

Hit: 612
AccessBank-da yeni idarəedici komanda
AccessBank-da yeni idarəedici komanda fəaliyyətə başlayıb. Bankın İdarə Heyətinin Sədri Davit Tsiklaurinin rəhbərliyi ilə qurulan komanda Ramin Hüseynov, Orxan İsmayılov, Zəhra Zeynalova, İlkin Quliyev və Renat Hümbətovdan ibarətdir. Yeni idarəedici komandanın səlahiyyət və öhdəlikləri aşağıdaki kimi formalaşıb:
 
-Ramin Hüseynov - Baş Maliyyə İnzibatçısı
 
-Orxan İsmayılov - Baş risk inzibatçısı
 
-Zəhra Zeynalova - Əməliyyatlar üzrə baş inzibatçı
 
-İlkin Quliyev - Pərakəndə və Korporativ bankçılıq
 
-Renat Hümbətov - KOB bankçılıq
 
Yeni idarəedici komandanın üzvləri AccessBank və ölkənin digər aparıcı banklarında 15 ilə yaxın təcrübəyə malik olmaqla yanaşı, eyni zamanda nüfuzlu universitetlərin (Corc Vaşinqton, Nyukasl Biznes, Nyu York və s.) məzunlarıdır.
 
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə olmaqla, 29 filialı fəaliyyət göstərir.
 
Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.








Redaktorun seçimi