Füzulidə amarant, kinoa və yem bikilərinin əkini həyata keçirilib

Hit: 850
Füzulidə amarant, kinoa və yem bikilərinin əkini  həyata keçirilib
Əkinçilik Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə Füzuli rayonu Aşağı Seyidəhmədli kəndində şəhid Akif Xancan oğlu Quliyevin övladı fermer Nurlan Akif oğlu Quliyevin 2,3 ha fərdi torpaq sahəsində amarant (1 ha), kinoa (1 ha) və yem bitkiləri (yoncanın müxtəlif sortları, soya və darı) əkilib.
 
Məqsəd bəzi ərzaq və yem məhsullarının, alternativ yüksək zülallı bitkilərin istifadəsi ilə istehsal səviyyəsinin artırılması və idxaldan asılılığın aradan qaldırılması, ixrac yönümlü məhsulların istehsalı, fermerin bu sahəyə marağının artırılmasından ibarətdir.
 
Əkində Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Yemlərin texnologiyası və zootexniki qiymətləndirilməsi” laboratoriyasının müdiri Sevil Abbasquliyeva iştirak edib.








Redaktorun seçimi