İsmayıllının İvanovka kəndində "Sahə Günü" - FOTOLAR

Hit: 1421
İsmayıllının İvanovka kəndində "Sahə Günü" - FOTOLAR
İsmayıllı rayonunun İvanovka kəndində "Sahə Günü" ilə bağlı tədbir keçirilib. "Agrovit" tərəfindən təşkil edilən tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev və İnstitutun alim heyyəti, Dövlət Toxum Fondunun sədri Sərxan Sərxanov, İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbəri Rövşən Yəhyayev, Şimali Qafqaz Federal Elmi Aqrar Mərkəzinin direktoru, kənd təsərrüfatı elmləri doktoru, Elmi Şuranın sədri Kulintsev Valeriy Vladimiroviç və Stavropol vilayəti üzrə Rusiya toxumçuları və seleksionerləri Birliyinin rəhbəri Boranukov Xusin Qulamoviç, Rusiyanın "Evroxim" şirkətinin nümayəndələri Mariya Vizirskaya, Olqa Danilova, Şimali-Qafqaz Elmi Mərkəzin selleksiya şöbəsinin müdiri Bataqova Yelena Alekseyevna,  o cümlədən aqronomlar, fermerlər, təsərrüfat sahibləri iştirak ediblər.
 
Tədbir iştirakçıları əkin sahələri ilə tanış olublar. Mütəxəssislər tərəfindən məlumat verilib ki, yüksək məhsuldarlığa nail olmaq üçün bütün aqrotexniki tədbirlər, yəni sahənin əkin üçün seçilməsindən başlamış biçinə qədər olan bütün texnoloji proseslər vaxtında və keyfiyyətlə yerinə yetirilməlidir. Növbəti ilin səmərəli taxıl istehsalının bünövrəsinin qoyulması üçün qısa müddətdə əkiləcək sahələrin şumlanmasını həyata keçirmək lazımdır.
 
Tədbirdə həmçinin PR arpa və buğda sortları əyani olaraq tədbir iştirakçılarına nümayiş etdirilib.

FAKTOR.AZ
1
1
1
1
1
1
1
1







Redaktorun seçimi