“MyAgro.az” istifadəyə verildi

Hit: 773
“MyAgro.az” istifadəyə verildi

Azərbaycanda aqrar sahəni tam əhatə edəcək yeni sayt istifadəyə verilib

“MyAgro.az” ölkəmizin kənd təsərrüfatı sahəsində istehsal vasitələrinin onlayn ticarətinin stimullaşdırılmasını həyata keçirimək məqsədi ilə qabaqcıl texnoloji imkanlar, rahat interfeys təqdim edən platformadır.  
 
“MyAgro.az” platformasında müxtəlif növ gübrə, pestisid, tinglərin və toxumların, eləcə də heyvanların, aqrotexniki avadanlıqlar və maşınların satışı həyata keçirilir.
 
“MyAgro.az” platformasında gündəlik ölkədə və dünyada baş verən ən mühüm aqrar xəbərlər, bu sahədə araşdırma məqalələr, fermer və təsərrüfar sahibləri üçün müxtəlif tövsiyyələri, bitkivə heyvan xəstəlikləri haqqında məqalələr yer alır.
 
Bundan başqa MyAgro tərəfdaşların daha rahat, daha sürətli və internet üzərindən çox sayda satış həyata keçirməsi üçün müxtəlif texniki imkanlar yaradır və güvənilir satış strategiyasına əsaslanan marketinq siyasəti ilə dəstək göstərir: 
 
- Rahat qeydiyyat 
 
- Rahat onlayn mağaza açmaq imkanı 
 
- Limitsiz sayda məhsul əlavə etmək imkanı 
 
- Daxili anbar proqram təminatı ilə inteqrasiya imkanı
 
- Onlayn ödəniş qəbuletmə imkanı
 
- Çoxsaylı kateqoriyalar və hər birinin müxtəlif sayda alt kateqoriyaları  
 
“MyAgro.az” kənd təsərrüfatı məhsulları istehsalçıları üçün rahat interfeyslə çıxış edərək, e-ticarət sektorunda onların güvənini qazanmaq və onlar üçün ən sürətli, ən keyfiyyətli və ən rahat alış-veriş sistemini həyata keçirmək üçün müxtəlif imkanlar təqdim edir:
 
- Şəxsi məlumatların təhlükəsizliyi
 
- Rahat seçim imkanı
 
- Seçilmişlərin yadda saxlanması imkanı
 
- Səbəti dolduraraq sifariş öncəsi məhsulları toplamaq
 
- Səbətdəki məhsullar haqqında informasiya almaq imkanı
 
- Rahat sifariş imkanı
 
- Çatdırılma ünvanının onlayn qeyd edilməsi imkanı
 
- Rəy bildirmək imkanı
 
MyAgro - Sizin Aqrar Bələdçiniz!
 
 








Redaktorun seçimi