“AzerGold”da Heydər Əliyevin 99 illiyi münasibətilə tədbir keçirilib

Hit: 336
“AzerGold”da Heydər Əliyevin 99 illiyi münasibətilə tədbir keçirilib
Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü və Heydər Əliyev Mərkəzinin fəaliyyətə başlamasının on illiyi münasibətilə tədbir keçirilib.
 
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətindən (QSC) FAKTOR.AZ-a verilən məlumata görə, QSC-nin kollektivinin üzvlərinin iştirakı ilə Heydər Əliyev Mərkəzində təşkil edilmiş interaktiv tədbirdə Azərbaycan tarixində müstəsna xidmətləri ilə əbədilik qazanmış ümummilli liderin həyat yolu, çoxşaxəli siyasi irsindən bəhs edilib. Kollektiv üzvləri Mərkəzdə Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirən məlumatlar, maraqlı faktlar, foto və video materiallar və digər unikal eksponatlarla tanış olublar.
 
Daha sonra Heydər Əliyev Mərkəzinin 10 illik fəaliyyəti barədə bəhs edilib. Azərbaycanın müasir reallıqlarını əks etdirən, qeyri-adi, mürəkkəb quruluşlu binası ilə paytaxtımızın çağdaş simvollarından birinə çevrilən Mərkəzin fəaliyyətə başlamasının ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisəyə çevrildiyi, bu mədəniyyət ocağının yaradılmasının Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərin miqyasını və əhəmiyyətini göstərdiyi qeyd edilib. Tədbirdə “AzerGold” QSC tərəfindən 2018-ci ildə istehsal edilən, yerli qızıl və gümüşdən hazırlanmış birinci sikkə kolleksiyasiyasının üzərində Azərbaycanın dinamik inkişafını, keçmişdən gələcəyə bağlılığını təcəssüm edən Heydər Əliyev Mərkəzinin dizaynının əks olunduğu vurğulanıb.
 
Tədbir Mərkəzin sərgi salonlarının ziyarəti ilə yekunlaşıb.







Redaktorun seçimi