"Vaqif N. Holdinq"də Böyük Vətən Müharibəsi iştirakçıları ilə görüş keçirilib - FOTOLAR

Hit: 483
"Vaqif N. Holdinq"də Böyük Vətən Müharibəsi iştirakçıları ilə görüş keçirilib - FOTOLAR
Bu gün "Vaqif N. Holdinq"də 1941-1945-ci illər müharibəsində faşizm üzərində qazanılan tarixi Qələbənin 77-ci ildönümü münasibəti ilə Böyük Vətən Müharibəsi iştirakçıları ilə görüş keçirilib.
 
Tədbirdə çıxış edən Holdinqin rəhbəri, tanınmış iş adamı Vüsal Nərimanov  1941–1945-ci illər Böyük Vətən müharibəsində faşizm üzərində tarixi qələbənin əldə olunmasında Azərbaycan xalqının əvəzsiz rolundan, azərbaycanlıların istər döyüş meydanlarında, istərsə də arxa cəbhədə göstərdikləri fədakarlıqlar barədə məlumat verib. O, Azərbaycan xalqının istək və tələbi ilə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra 9 May – Faşizm üzərində Qələbə Gününün rəsmi dövlət bayramı səviyyəsində qeyd edildiyini, müharibə veteranlarına diqqət və qayğının artırıldığını, hər il Qələbə Günü münasibəti ilə dövlət büdcəsindən müharibə veteranlarına birdəfəlik maddi yardımların verildiyini bildirib və Azərbaycan övladlarının İkinci Dünya müharibəsində göstərdikləri qəhrəmanlıqların gənc nəslə vətənpərvərlik nümunəsi olduğunu diqqətə çatdırdı.
 
Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz torpaqlarımızı azad etdi, ərazi bütövlüyümüz təmin olundu, tarixi Qələbə qazanıldı. Vətən müharibəsindəki Qələbə xalqımızın şanlı dövlətçilik və hərb tarixinin, igidlik və mərdliyinin daha bir ifadəsinə çevrildi.
 
Müharibə iştirakçıları daim dövlət qayğısı ilə əhatə olunmasından razılığını bildiriblər və buna görə Prezident İlham Əliyevə minnətdarığını ifadə ediblər. 
 
Sonda Vüsal Nərimanov veteranları bir daha qələbə münasibətilə təmsil etdiyi Holdinqin adından təbriklərini çatdırıb, onlara xatirə hədiyyələri təqdim edib .

FAKTOR.AZ
1
1
1
1
1







Redaktorun seçimi