FAO Baş Katibi Agro Dairy MMC-də - FOTOLAR

Hit: 969
FAO Baş Katibi  Agro Dairy MMC-də - FOTOLAR
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş Katibi Qu Dongyu Agro Dairy MMC-nin gördüyü işlərlə tanış olub və sahələrə səfər edib.
 
Səfər çərçivəsində iştirakçılara regionda yaradılan kənd təsərrüfatı infrastrukturu, müasir texnika və innovasiyaların tətbiqi ilə yüksək məhsuldarlığa malik keyfiyyətli məhsul əldə etmək üsulları təqdim olunub.
 
Padarçöl ərazisinə səfər zamanı 5000 hektar olan sahəni əhatə edən intensiv bitkiçilik təsərrüfatı ilə tanış olunub.
Qeyd edək ki, aqroparkda növbəli əkin sistemi, intensiv aqrotexnologiyalar tətbiq edilir, təkrar əkin həyata keçirilir. Nəticədə ildə iki dəfə yüksək keyfiyyətli məhsul almaq mümkün olur. 

FAKTOR.AZ
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi