Şəhid Cəbrayıl Dövlətzadənin adını daşıyacaq tanker suya buraxıldı - FOTOLAR

Hit: 1465
Şəhid Cəbrayıl Dövlətzadənin adını daşıyacaq tanker suya buraxıldı - FOTOLAR
“Palmali” Şirkətlər Qrupunun Prezidenti, azərbaycanlı iş adamı Mübariz Mənsimovun dəvəti ilə Vətən müharibəsinin şəhidi Cəbrayıl Dövlət oğlu Dövlətzadənin anası Məleykə Məmmədzadə və bacısı Məryəm Dövlətzadə İstanbulda səfərdədirlər.
 
FAKTOR.AZ xəbər verir ki, “Palmalı Holdingin” rəhbəri şəhid ailəsinin üzvlərini hörmət və ehtiramla qarşılayıb. Mübariz Mənsimov daha sonra şəhid Cəbrayıl Dövlətzadənin adına olan gəminin medalyonlarını anası Məleykə Məmmədzadəyə təqdim edib. Görüş zamanı şəhidin igidliyindən, onun həyatı və döyüş yolu barədə ətraflı məlumat verən Məleykə xanım Mübariz Mənsimova göstərdiyi diqqətə görə dərin təşəkkürünü bildirib.
 
“Duyğularımı necə ifadə edim, bilmirəm. Mübariz bəyin səsini eşidəndə çox təsirləndim, göz yaşlarımı saxlaya bilmədim. Həm oğlumun adını əbədiləşdirildiyi üçün, həm də bizi dəyərləndirdiyi üçün çox duyğulandım. Oğlumun adı əbədi yaşayacaq. Bir ana üçün bunu bilmək və görmək çox gözəldir. Mənim üçün qürurvericidir. Şəhidlərimizin yeri cənnətdir. Allah Mübariz kimi oğulları qorusun” – deyə şəhid anası Məleykə Məmmədzadə bildirdi.
 
“Palmali” şirkətinin prezidenti Mübariz Mənsimov isə vurğuladı ki, şəhidlərimizin adlarını əbədiləşdirmək üçün hamı səfərbər olmalıdır. “Şəhidlər unudulmamalı, unutdurulmamalıdır. Onların bizə buraxdıqları əmanətləri göz bənəyi kimi qorumalı və hər bir dəstəyi verməliyik. Gəminin bir otağında şəhidimizin adına guşə düzəldilib. Gəmiyə gələn hər kəs Cəbrayıl Dövlətzadənin kim olduğunu bilməlidir”.
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi