AQSİA “Sahibkarlar Günü”nə həsr olunmuş tədbir keçirib - FOTOLAR

Hit: 1164
AQSİA “Sahibkarlar Günü”nə həsr olunmuş tədbir keçirib - FOTOLAR
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) İctimai Birliyinin birgə təşkilatçılığı ilə 25 aprel - Sahibkarlar Gününə həsr olunmuş tədbir keçirilib.
 
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən müharibəsində həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Sonra AQSİA-nın fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.
 
AQSİA-nın İdarə Heyətinin sədri Səkinə Babayeva assosiasiyanın Prezident İlham Əliyevin tövsiyəsi əsasında üç qurumun mənəvi dəstəyi ilə yarandığını bildirib. Assosiasiyanın yaranmasında məqsəd ölkədə lider qadınlarımızın işgüzar birliyinin bir çətir altında birləşməsi olub. Əsas məqsədlərdən biri də qadınları iqtisadi  platformada  görmək, onların arzu və təkliflərini  eşitmək, istədikləri məhsulun bazar rəqabətliliyinin araşdırılması üçün dialoqların aparılmasıdır: “Dövlətin sahibkara yaratdığı  mühiti genişləndirmək üçün texnoparkların yaradılması, vergi güzəştlərinin edilməsi, eyni zamanda yoxlama hallarının olmaması vacibdir. Sahibkar qadınlarımızın sayı günü-gündən artır. İndiyə kimi 1600-ə yaxın tədbir keçirmişik. Bu  tədbirlərdə əsasən bölgələrdə yaşayan sahibkar qadınlarımıza  təlim-tədrisin gücləndirilməsi, məhsul brendinin yaradılması, xarici iqtisadi əlaqələrin birləşdirilməsi və müxtəlif təşkilatlarla qadınların birliyinin yaradılması məsələləri  müzakirə  olunub. Hazırda biz 37 ölkə ilə memorandumlar imzalamışıq”.
S.Babayeva qeyd edib ki, sərhədyanı bölgələrimizdə qadınlarımızın həm rəqəmsal iqtisadiyyatda təminatı,  ailə institutları ilə bərabər onlara korporativlərin yaradılması istiqamətində işlər görülür.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov 44 günlük Vətən müharibəsində xalqımızın bir yumruq kimi birləşdiyini və  başlıca aparıcı qüvvə olan Azərbaycan qadınının müharibədə göstərdiyi şücaəti xüsusilə vurğulayıb.
 
B.Məhərrəmov  əlavə edib ki, bu gün ölkə iqtisadiyyatının yeni reallığa uyğun inkişafında, milli prioritetlərə doğru dayanmadan əzmlə irəliləməyimizdə, eləcə də işğaldan azad edilmiş bölgələrimizdə quruculuq bərpa işlərində xanım sahibkarlarımız böyük iradə nümayiş etdirirlər.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva  qadın sahibkarlığın əhəmiyyəti və assosiasiyanın bu inkişaf yolunda göstərdiyi xidmətlərin təqdirəlayiq olunduğunu diqqətə çatdırıb.
 
Qazaxıstanın Atameken təşkilatının nümayəndəsi Saltanat Abdikarimova AQSİA nümayəndələrinə dəvətə görə təşəkkürünü bildirib və qeyd edib ki,  AQSİA-nın iş təcrübəsi və iş mexanizmləri haqqında geniş məlumat almaq üçün Bakıya gəlib.
 
Sonra AQSİA-nın üzvü olan sahibkarlara, tədbir iştirakçıları olan xanımlara və media nümayəndələrinə təşəkkürnamələr təqdim olunub
 
1
1
1
1
1
1








Redaktorun seçimi