Neftçalada abadlıq- quruculuq işləri davam edir - FOTOLAR

Hit: 605
Neftçalada abadlıq- quruculuq işləri davam edir - FOTOLAR

Neftçala rayonunda abadlıq- quruculuq işləri davam etdirilir

Cənab Prezident İlham Əliyevin göstəriş və tövsiyələrinə uyğun olaraq, Neftçala rayonunda abadlıq və quruculuq işləri genişlənib.
 
Neftçala rayonunda tikinti-quruculuq və abadlıq işləri həyata keçirilir, irimiqyaslı infrastruktur layihələri icra olunur, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılır, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatı, təhsil müəssisələrinin tikintisi və yenidən qurulması istiqamətində mühüm tədbirlər həyata keçirilir, rayon əhalisinin təklif və istəkləri nəzərə alınaraq yaşıllıq zolaqları salınır, mövcud parklar, küçə və prospektlər abadlaşdırılır.
Aparılan abadlıq işləri çərçivəsində sutkanın qaranlıq saatlarında küçələri işıqlandırmaqla təhlükəsiz hərəkətin təşkili üçün Neftçala şəhərində Mirzə Ələkbər Sabir küçəsinin işıqlandırılması və vətəndaşların təhlükəsiz hərəkəti üçün səkilər çəkilməsi işləri davam etdirilir.
 
Neftçala rayonunda aparılan abadlıq quruculuq işləri çərçivəsində Bankə qəsəbənin mərkəzi küçəsi memarlıq tələblərinə uyğun olaraq yenidən qurulur. Mərkəzi küçədə vətəndaşlara məxsus fərdi evlərin divarları, hasarları, darvazaları, ticarət və xidmət obyektlərinin fasadları təmir olunub və rəngli boyalarla müxtəlif rəsmlərin çəkilməsi işlərinə başlanılıb. Rayonun Həsənəbad qəsəbəsində yerli əhəmiyyətli yolun çəkilməsi işlərinə başlanılıb və asfalt örtüyün çəkilməsi işləri davam etdirilir.
 
Bundan əlavə ətraf-mühitin qorunması və ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə Neftçala rayonu ərazisində mövcud yaşıllıqlara xüsusi diqqət göstərilərək ağac və gül kollarının suvarılması, çəmənliklərin biçilməsi, yabanı otların təmizlənməsi və ətraf ərazilərdə təmizlik işləri aparılır.  
1
1
1
1
1








Redaktorun seçimi