Əkinçilik ET İnstitutu tərəfindən fermerlərə ödənişsiz təlimlər keçiriləcək

Hit: 756
Əkinçilik ET İnstitutu tərəfindən fermerlərə ödənişsiz təlimlər keçiriləcək
Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən regionları əhatə etməklə “Payızlıq əkinlərində dənli taxıl bitkilərinin  becərilməsi” mövzusunda Şəki, Tərtər, Qobustan, Ağstafa, Kürdəmir və Cəlilabad rayonlarında fermerlər üçün  ödənişsiz təlimlərin keçirilməsi nəzərdə tutulub.
 
Faktor.az xəbər verir ki, təlim mövzuları 3 istiqamətdə müəyyənləşdirilib: 
 
1. Becərmə; 
 
2. Bitki mühafizəsi;
 
3. Gübrələmə və meliorativ tədbirlər.
 
Fermerlər iştirak etmələri üçün [email protected] ünvanına və 055-607-83-14 (Whatsapp) nömrəsinə müraciət etməklə qeydiyyatdan keçməlidirlər. Təlimlər fermerlər qeydiyyatdan keçdikdən sonra onların müraciətlərinə uyğun olaraq keçiriləcək.








Redaktorun seçimi