Azərbaycanı beynəlxalq sərgidə təmsil etdi

Hit: 377
Azərbaycanı beynəlxalq sərgidə təmsil etdi
AMEA-nın Yüksək Texnologiyalar Parkının inkubator rezidenti, fərdi sahibkar Maya Səbzəliyeva “SmFreshOil” brendi ilə 18-21 yanvar 2022-ci il tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən 28-ci Beynəlxalq Qida və İçkilər sərgisində iştirak edib.
 
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə baş tutan səfər çərçivəsində sərgi iştirakçıları tərəfindən “SmFreshOil” məhsullarına böyük maraq göstərilib, distributor olmaq üçün təkliflər edilib.
 
Maya Səbzəliyevanın sözlərinə görə, sərgi, həmçinin yeni biznes əlaqələrinin qurulması, təcrübi potensialın genişlənməsi baxımından səmərəli olub, şirkətin beynəlxalq çıxış imkanlarının artırılması üçün yeni istiqamətlər açıb.








Redaktorun seçimi