Caspian Energy Club sahibkarların problemlərini araşdırmaq məqsədi ilə - SORĞU KEÇİRİR

Hit: 495
Caspian Energy Club sahibkarların problemlərini araşdırmaq məqsədi ilə - SORĞU KEÇİRİR
Caspian Energy Club iqtisadiyyatın müxtəlif sahələri üzrə fəaliyyət göstərən şirkətlərin problem və təkliflərini öyrənmək məqsədilə sosial sorğular, marketinq araşdırmaları seriyası və fokus-qrup formatında tədqiqatlar keçirməyə başlayır.
 
Bu barədə Faktor.az-a Caspian Energy Club qrupunun Sədri və Baş icraçı direktoru Telman Əliyev məlumat verib.
 
Telman Əliyev qeyd edib ki, “İlk sorğu Azərbaycanın investisiya və biznes mühitinin araşdırılmasına həsr olunub. Sorğu anonim formatda keçirilir. Əvvəlki illərlə müqayisədə bu sorğuda şirkət sahibləri və rəhbərləri ilə yanaşı, idarə heyətinin üzvləri, direktor müavinləri, baş mühasiblər, prokyurement menecerlər, HR menecerlər, PR menecerlər, biznesin inkişafı üzrə menecerlər, marketinq menecerləri, şirkətlərin məhsul və xidmətlərinin inkişafında iştirak edən digər şəxslər də iştirak edə bilərlər.
Sorğuda nazirliklərin, dövlət komitələrinin, dövlət agentliklərinin, dövlət xidmətlərinin, dövlət şirkətlərinin, şəhər və rayonların icra hakimiyyətlərinin, məhkəmə orqanlarının sahibkarların fəaliyyətinə müsbət və mənfi təsirləri araşdırılır.
 
Eyni zamanda, sorğu iştirakçılarına 2021-ci il ərzində dövlət qurumları tərəfindən administrativ təzyiqlərə cəhd, bürokratik əngəllərin yaradılması, korrupsiya təkliflərinin edilməsi, qeyri-obyektiv tenderlərin keçirilməsi və sair kimi problemlərlə üzləşib-üzləşmədikləri ilə bağlı suallara cavab vermək də təklif edilir”.  “Sorğunun nəticələri investisiya və işgüzar mühitlə bağlı olan vəziyyət ilə tanış olmaq və detallı öyrənilməsi üçün ölkənin Ali Rəhbərliyinə və hökumətin iqtisadi blokunun nümayəndələrinə, həmçinin Milli Məclisin İqtisadi siyasət, sənaye və  sahibkarlıq komitəsinə təqdim olunacaq.
 
Həm dövlət, həm də özəl sektoru, iri, orta və kiçik biznesi təmsil edən şirkətlərin rəhbər və nümayəndələrini sorğuda fəal iştirak etməyə, bütün sualları obyektiv cavablandırmağa və Azərbaycan iqtisadiyyatının inkişafına töhfə verməyə səsləyirik.”, - deyə Caspian Energy Club-un Sədri və Baş icraçı direktoru Telman Əliyev bildirib. Sorğuda iştirak etmək üçün link: https://ru.surveymonkey.com/r/BYL5BJM
 
Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən  artıq şirkət və təşkilatı birləşdirən Caspian Energy Club 2002-ci ilin iyununda yaradılıb.  “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
 
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Caspian Energy Club-un mənzil-qərargahı Bakıda yerləşir. Caspian Energy Club-un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
 








Redaktorun seçimi