Mastercard və Starbucks-dan hədiyyə kampaniyası

Hit: 927
Mastercard və Starbucks-dan hədiyyə kampaniyası
Mastercard və Starbucks Azərbaycanda Apple Pay ödəniş sisteminin tətbiqini genişləndirmək məqsədilə yeni promo kampaniyaya start verir. 
 
Apple Pay-də qeydiyyatdan keçirilmiş Mastercard və ya Maestro kartları ilə Starbucks-da ödəniş edən  qəhvə sevərlər xüsusi şokoladlı hədiyyə alacaqlar.
Kampaniyadan yalnız Mastercard və ya Maestro kartlarını Apple Pay-ə əlavə edən və Starbucks mağazalarında ödəniş edən kart sahibləri faydalana bilərlər. Sevimli içkilərini Starbucks mağazalarından alan qəhvə həvəskarları hədiyyə kimi Südlü Şokolad qəpik əldə edəcəklər. 
 
Kampaniya Apple Pay xidmətini dəstəkləyən bank kartları üçün keçərlidir və ümumilikdə 6000 əməliyyatla məhduddur.  Daha ətraflı məlumatı buradan oxuya bilərsiniz:
 
Mastercard Apple Pay | Sürətli və Təhlükəsiz Ödəniş
 
Promo kampaniya 06.01.2022 və 31.03.2022-ci il tarixləri arasında keçərlidir. Hədiyyələrin sayı məhduddur.
 

 









Redaktorun seçimi