“Azərpoçt” bayram günləri üzrə xidmət statistikasını - AÇIQLADI

Hit: 722
“Azərpoçt” bayram günləri üzrə xidmət statistikasını - AÇIQLADI
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar olaraq növbəli iş rejimində vətəndaşlara xidmət göstərib.
 
31 dekabr 2021-ci il – 4 yanvar 2022-ci il tarixlərində respublika üzrə əvvəlcədən müəyyən edilmiş poçt şöbələri fəaliyyət göstərib, vətəndaşların və əcnəbilərin rahatlığı təmin edilib.
 
Bu günlər ərzində daxil olan poçtların 46263 ədədini məktub, 708 ədədini beynəlxalq bağlama, 13635 ədədini kiçik paket,1690 ədədini isə daxili bağlama təşkil edib.
 
Eyni dövrdə “Azərpoçt” MMC-dən çıxan poçtların 74783 ədədi məktub, 438 ədədi beynəlxalq bağlama, 13072 ədədi kiçik paket, 1690 ədədi isə daxili bağlamadan ibarət olub. 
 
Qeyd edək ki, “Azərpoçt” MMC-nin tabeliyində olan poçt şöbələri və “Şəbəkə” xidmət mərkəzləri xüsusi karantin rejimi dövründə və digər bayram günlərində də vətəndaşların məmnuniyyətini təmin etmək üçün ənənəvi poçt xidmətləri ilə yanaşı, maliyyə xidmətləri (təcili pulköçürmələri, kommunal ödəniş qəbulu və s.) də göstərib.
 








Redaktorun seçimi