Naxçıvanda biotexniki tədbirlər diqqətdə saxlanılır

Hit: 514
Naxçıvanda biotexniki tədbirlər diqqətdə saxlanılır
Həsən Əliyev adına Zəngəzur Milli Parkının Şahbuz rayonu ərazisində bir neçə gündür havanın yağıntılı keçməsi qalın qar örtüyünün yaranmasına səbəb olub. Bu isə ərazidə məskunlaşan çöl heyvanlarının qidalanmasını çətinləşdirib.
 
Faktor.az xəbər verir ki, buna görə də Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə parkın əməkdaşları biotexniki tədbirlərə başlayıblar. Biotexniki tədbirlər əsasən, çöl heyvanlarının miqrasiya etdiyi ərazilərdə aparılır. Həmin ərazilərə qaba yem və daş duz qoyulur.
 
Muxtar respublikanın digər ərazilərində də biotexniki tədbirlər davam etdirilir. Bu cür tədbirlər vəhşi faunanın qış fəslindən sağlam çıxmasına münbit şərait yaradır.








Redaktorun seçimi