Gəncləri güclü akademik təhsil ilə təmin edəcək - YENI PROQRAM

Hit: 783
Gəncləri güclü akademik təhsil ilə təmin edəcək - YENI PROQRAM

Ölkəmizin gənclərini güclü akademik təhsil ilə təmin edəcək, beynəlxalq təhsil sahəsində uğur qapıları açacaq, Türkiyə, Kanada, Hong Kong, Hindistan, İtaliya, Norveç, Sinqapur, Svazilend, Amerika Birləşmiş Ştatları, İngiltərə, Almaniya, Bosniya və Herseqovina, Kosta Rika və Hollandiya kimi ölkələrin iştirak etdiyi platformada Azərbaycanı yüksək səviyyədə təmsil etmək imkanı verəcək proqrama sənəd qəbulu başlayıb!

Birləşmiş Dünya Kollecləri (United World Colleges - UWC) tərəfindən seçilmiş istedadlı gənclərə təqdim olunan təhsil, sülh və davamlı gələcək naminə insanları, millətləri və mədəniyyətləri birləşdirən beynəlmiləl bir hərakatdır. Əsası 1962-ci ildə alman təhsil xadimi Kurt Hahn tərəfindən Böyük Britaniyada qoyulmuş UWC buraxılış sinifində olan 16-19 yaşlı gənclərə dünyada minlərlə nüfuzlu ali təhsil məktəblərinə qəbul imkanı verən İB (İnternational Baccalaureate - Beynəlxalq Bakalavr) diplomunu təqdim etməklə yanaşı, şagirdlərə analitik düşüncə tərzi, problemləri həll etmə bacarığı, beynəlxalq düşüncə, humanist dəyərləri aşılamaqla məhşurlaşmış  misilsiz bir təhsil proqramıdır.

Bu gün UWC 18 məktəb və kollec olmaqla 4 qitədə fəaliyyət göstərir. Proqramın keçmiş fəxri prezidenti Nelson Mandela olmuşdur. UWC məzunları arasında Hollandiya kralı Uilyam Aleksandrı, BMT-nin Dünya Qida Proqramının direktoru Marina Katenanı, hazırkı Kanada Baş nazirinin müavini və hökumətlərarası işlər naziri Kristia Frilandı, Danimarkanın sabiq xarici işlər naziri Lene Feltman Esperseni, Almaniya, Hollandiya, Böyük Britaniya və sairə ölkələrdəki parlament üzvlərini, Kanada Hava Yollarının sədri Robert Miltonu, Nokia Korporasiyasının sədri Yorma Ollilanı, Yale Universitetinin professoru Şevket Turavanı, Oxford Universitetinin professoru Federiko Vareseni, həmin universitetin kafedra müdürü Conatan Miçi və başqalarını qeyd etmək olar.

 

UWC tərəfindən təqdim olunan yüksək standartları və pedaqoji dəyərləri ilə seçilən təhsil, maddi vəziyyətindən, yaşadığı bölgədən asılı olmayaraq bütün şagirdlər üçün əlçatandır. Beləliklə, Azərbaycanın hər bir bölgəsindən, ucqar nöqtələrindən olan istedadlı şagirdlər tamamilə və ya qismən təmənnasız şəkildə bu fürsətdən yararlana bilərlər. Şagird seçimindəki əsas tələb şagirdlərin bilik və bacarığı, eləcə də öz dilinə, mədəniyyətinə, tarixinə yaxından bələd olaraq, UWC-də öz ölkəsini layiqincə təmsil etmələridir.

 

2022-ci ildə 5 nəfər şagird ABŞ, Yaponiya, Hollandiya, Almaniya, Sinqapur, Kosta Rika kimi ölkələrdə ödənişsiz təhsil almaq imkanı qazanacaq.

 

Güclü təhsil almağı, Azərbaycanın adını yüksəklərə qaldırmağı qarşısına məqsəd qoyan 15-17 yaş arası olan gənclərin hər birini bu misilsiz proqrama müraciət etməyə dəvət edirik!

 

Proqram haqqında daha ətraflı https://www.uwc.org/ internet səhifəsindən əldə edə bilərsiniz. Azərbaycan dilində: https://www.az.uwc.org/about

 

Proqrama müraciət etmək üçün: https://apply.uwc.org/

Son müraciət tarixi: 4 fevral 2022

 

Facebook: https://www.facebook.com/UWCAzerbaijan

Instagram: https://www.instagram.com/uwcazerbaijan/

LinkedIn: https://www.linkedin.com/company/uwc-azerbaijan-nc/?viewAsMember=true

 

 









Redaktorun seçimi