NEQSOL Holding Naxçıvan İnkişaf Fonduna 1 milyon manat vəsait köçürüb

Hit: 924
NEQSOL Holding Naxçıvan İnkişaf Fonduna 1 milyon manat vəsait köçürüb
NEQSOL Holding beynəlxalq şirkətlər qrupu Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Naxçıvan Muxtar Respublikasının İnkişaf Fonduna 1 milyon manat vəsait köçürüb.
 
Faktor.az xəbər verir ki, vəsait NEQSOL Holding-in səhmdarının qərarı ilə holdinqin tərkibindəki şirkətlər tərəfindən ödənilib.
 
Vəsaitin istifadəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə yaralananların və şəhid ailələrinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasında həyata keçirilən tədbirlərə əlavə dəstək göstərmək üçün nəzərdə tutulub.
 
Naxçıvan Muxtar Respublikasının İnkişaf Fondu 1992-ci ildə Ümummilli Lider Heydər Əliyevin qərarı ilə yaradılıb.
 
NEQSOL Holding həmçinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə “YAŞAT” Fonduna 1 milyon manat vəsait köçürüb.
 
NEQSOL Holding səkkiz ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur. Holdinq və tərkibindəki şirkətlər korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq müxtəlif tədbirlər və təşəbbüslərini davam etdirir.








Redaktorun seçimi