“Azərsun Holdinq” tərəfindən sosial layihələr həyata keçirilib

Hit: 721
“Azərsun Holdinq” tərəfindən sosial layihələr həyata keçirilib
Ölkəmizin aparıcı şirkətlərindən olan və 30 ildir ki, Azərbaycanın bir parçasına çevrilmiş "Azərsun Holdinq” Yeni il və Dünya Azərbaycanlılarının həmrəyliyi günü münasibətilə silsilə sosial layihələr həyata keçirib.
 
Bayram münasibətilə şirkətlər qrupu əməkdaşları Nəsimi Rayon İcra Hakimiyyəti ilə birgə sözügedən rayonda qeydiyyatda olan şəhid və müharibə iştirakçıları, aztəminatlı ailələri ziyarət edib, öz istehsal etdiyi məhsullardan hazırlanmış bayram bağlaması hədiyyə edib. 
 
Aksiya Suraxanı rayonu, Nizami rayonu və Keşlə qəsəbəsində də davam edib. Minlərlə aztəminatlı, şəhid və qazı ailələri ziyarət olunub, bayram bağlaması hədiyyə edilib. 
Fəaliyyəti dövründə ölkəmizin tarixi və ənənələrinə xüsusi həssaslıqla yanaşan “Azərsun Holdinq” Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimiz və sağlamlığını itirmiş qazilərimizin övladları üçün də Yeni il şənliyi təşkil edib.
 








Redaktorun seçimi