Kaspersky Scuderia Ferrari ilə sponsorluq müqaviləsini genişləndirir

Hit: 536
Kaspersky Scuderia Ferrari ilə sponsorluq müqaviləsini genişləndirir
Kaspersky, “Formula-1” yarışlarında iştirak edən Scuderia Ferrari komandası ilə sponsorluq müqaviləsinin uzadıldığını və genişləndirildiyini elan edib. Yenilənmiş müqaviləyə görə, İT komandasının loqotipi pilotların dəbilqələri və komandanın geyimlərində qalmağa davam edəcək. Amma onun boliddəki yeri dəyişəcək – indi o, qabaq yedək spoylerində yerləşəcək.  
 
Bundan başqa, 2022-ci ildən etibarən İT komanda həm də beynəlxalq “Formula-1” Esports seriyalarında iştirak edən Ferrari kiber idman komandasının da rəsmi tərəfdaşı olacaq. Virtual komandada parlaq gənc istedadlar və dünyanın ən sürətli yarışçıları toplanıb: Brendon Li, David Tonitsa və Domeniko Loves. Kaspersky-nin loqotipi Ferrari Esports pilotlarının geyimlərində və komandanın İtaliyanın Maranello şəhərində yerləşən aparıcı təlim mərkəzində yer alacaq. Razılaşmaya həmçinin oyunun brendinqi daxildir: şirkətin loqotipi Esport seriyalarında iştirak edən yarış avtomobillərinə yerləşdiriləcək. 
 
Kaspersky 2010-cu ildən etibarən Scuderia Ferrari komandasının “Formula-1” yarışlarındakı rəsmi sponsoru və texnoloji tərəfdaşıdır. Bu dövr ərzində tərəflər keyfiyyətli texnologiyalar, komanda işi və innovasiya ehtirası da daxil olmaqla, ümumi dəyərləri birləşdirərək möhkəm və etibarlı münasibət qurmağa nail olublar. Kaspersky, Ferrari-ni Maranellodakı qərargah binasından tutmuş dünyadakı bütün “Formula-1” yarış zolaqlarına qədər dünyanın istənilən nöqtəsində 7/24 əsasda hərtərəfli İT qoruma ilə təmin edir
 
 “Ferrari ilə illər ərzində adi sponsorluq münasibətlərinin sərhədlərini aşan çoxillik tərəfdaşlığımızı davam etdirdiyimiz üçün çox şadam. Biz çoxdandır ki, bu komandanın bütün dünya üzrə təhlükəsizliyini təmin edirik. 2022-ci ildən başlayaraq qarşılıqlı fəaliyyətimiz yeni səviyyəyə qalxacaq: “Formula-1” yarışlarındakı əməkdaşlığımızı genişləndiririk və Esports kiber idman seriyalarında iştirak edən virtual Ferrari komandasını da dəstəkləyəcəyik, çünki bu yarışların böyük potensiala sahib olduğuna inanırıq,” deyə Kaspersky-nin baş direktoru Yevgeni Kasperski bildirib.
 “Kaspersky ilə tərəfdaşlığımızı yeniləmək və genişləndirməkdən dolayı şadıq. Bizim bir çox ümumi tərəflərimiz var, məsələn, texnoloji mükəmməlliyə can atmaq və komanda işi mədəniyyəti. Kaspersky on ildən çoxdur ki, məlumatlarımızı həm yarış zolağında, həm də Maranelloda qoruyaraq Scuderia Ferrari komandasının uğurlarında aparıcı rol oynayır. Söhbət təhlükəsizlik kimi həssas bir mövzudan getdiyi zaman etibarlı bir tərəfdaşa güvənə bilmək bizim üçün vacibdir. Həmçinin, tərəfdaşlığımızın sürətlə inkişaf edən və avto idmanın daha geniş və gənc auditoriya arasında yayılması üçün böyük əhəmiyyət kəsb edən kiber idman sahəsinədək genişləndirilməsi də bizi sevindirir,” deyə Scuderia Ferrari komandasının baş direktoru və rəhbəri Mattia Binotto qeyd edib.  
 
Kaspersky və Scuderia Ferrari arasındakı tərəfdaşlıq haqqında daha ətraflı buradan öyrənə bilərsiniz.
 








Redaktorun seçimi