Daha heç kim nağd pulla maşın ala bilməyəcək - Qanun təsdiqləndi

Hit: 341
Daha heç kim nağd pulla maşın ala bilməyəcək - Qanun təsdiqləndi
Azərbaycanda avtomobil satışı ilə bağlı yeni qayda müəyyən edilir. 
 
Faktor.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Nağdsiz hesablaşmalar haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə əsasən, avtomobil satışı üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək.
 
Dəyişikliklər səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.
 
Qeyd edək ki, “Nağdsız hesablaşmalar haqqında” Qanunda pərakəndə ticarətdə nağd hesablaşmalar üçün nəzərdə tutulan limit də 4 min manat məbləğində müəyyən edilib.







Redaktorun seçimi