“Qala” və “Qala Həyat” Sığorta Şirkətləri - AÇIQLAMA YAYDI

Hit: 457
“Qala” və “Qala Həyat” Sığorta Şirkətləri - AÇIQLAMA YAYDI
“Qala” və “Qala Həyat” Sığorta Şirkətləri ötən gün Press Revyu İnformasiya Monitorinq Agentliyinin mediada dərc olunan iddialarının əsassız olduğunu və həqiqəti əks etdirmədiyini bəyan edir. Bildirilir ki, sözgedən agentlik Şirkətlərin xidmət haqqını ödəməkdən imtina etməsinə dair əsassız iddiasının məhkəmə tərəfindən təmin olunmadığı üçün KİV vaitəsilə məhkəməyə təzyiq göstərməyə çalışır.
 
İddia ilə bağlı qeyd olunur ki, “Qala” və “Qala Həyat” sığorta şirkətlərinin sözügedən agentliklə bu və ya digər formada münasibəti və əməkdaşlığı olmayıb. Şirkətlərlə agentlik arasında hər hansı əməkdaşlıq müqaviləsi olsaydı qarşı tərəf özünün də qeyd etdiyi kimi həmin sənədi məhkəmədə təqdim edərdi.
 
Qeyd edək ki, Şirkətlərin bir neçə əməkdaşının email ünvanına göndərilən məktublar informasiya texnologiyası təhlükəsizliyini təmin etmək məqsədilə korporativ elektron poçt xidmətinin ”arzuolunmaz poçt” bölməsinə düşüb. Belə spam xarakterli linklərin göndərilməsi korporativ məktublaşma etikasına ziddir.
 
Press Revyu İnformasiya Monitorinq Agentliyinin böhtan xarakterli PR kampaniyası “Qala” və “Qala Həyat” Sığorta Şirkətlərinin işgüzar nüfuzuna xələl yetirməklə yanaşı məhkəməyə əsassız təzyiq kimi qiymətləndirilməlidir.







Redaktorun seçimi