Əkinçilik Elmi-Tədqiqat İnstitutu əlaqələrini genişləndirir

Hit: 636
Əkinçilik Elmi-Tədqiqat İnstitutu əlaqələrini genişləndirir
Əkinçilik Elmi-Tədqiqat İnstitutunda Estoniya Bitkiçilik ET İnstitutu ilə əlaqələrin yaradılması istiqamətində birgə fəaliyyətə dair əməkdaşlıq görüşü keçirilib.
 
Faktor.az xəbər verir ki, görüşdə institutun direktoru Faiq Xudayev, direktor müavini və şöbə müdirləri, Estoniya Bitkiçilik ET İnstitutunun direktoru Mati Koppel və Estoniya Respublikası “Systemseparation MMC” şirkətinin direktoru İndrek Vaasma iştirak ediblər.
 
Görüş zamanı F.Xudayev və Mati Koppel İnstitutların fəaliyyət istiqamətləri, kadr potensialı, qazandığı nailiyyətləri, həmçinin qarşıya qoyulan hədəflər haqqında məlumat veriblər. Hər iki tərəf arasında akademik mübadilə və əməkdaşlığın gücləndirilməsi məqsədi ilə seleksiya məhsulunun uyğunlaşma və xəstəliyə qarşı müqaviməti sınaqdan keçiriləcək. Payızlıq buğdada genetik irəliləyiş əldə etmək üçün germplazma mübadiləsinin aparılması, soyuğa və xəstəliklərə qarşı müqavimət, yüksək məhsuldarlıq və yüksək keyfiyyət üçün elit germplazma və sortların yetişdirilməsində birgə əməkdaşlıq ediləcək. Mübadilə olunan materiallar GM rüşeymplazma deyil, orijinal olmaqla mübadilə edilən materiallar yalnız tədqiqat və sınaq məqsədləri üçün istifadə olunacaq, fəaliyyətlər təşviq ediləcək. Bir ildən iki ilədək sahə sınaqlarından sonra hər iki tərəf sınaqların nəticələrini nəzərə alaraq hansı növün kommersiya baxımından perspektivli olduğunu müəyyən edəcəklər. Seleksiya və becərmə texnologiyalarında qarşılıqlı fayda verən bu əməkdaşlığı daha da inkişaf etdirmək üçün, tədqiqatçı və elmi məlumat mübadiləsi, o cümlədən tədqiqat işlərinin birgə nəşri həyata keçiriləcək.








Redaktorun seçimi