Gəncədə sərgi-satış yarmarkası keçiriləcək

Hit: 432
Gəncədə sərgi-satış yarmarkası keçiriləcək
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə 19-20 sentyabr tarixlərində Gəncə şəhərində “GƏNCƏSƏNƏT” adlı İncəsənət, Sənətkarlıq və Yaradıcılıq Sərgi-Satış Yarmarkası keçiriləcək. 
 
Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə Regional Mədəniyyət İdarəsi, Gəncə Turizm İnformasiya Mərkəzi/Gəncə Destinasiya Menecmenti Təşkilatı,  Gəncə İctimai İştirakçılq Məclisinin təşkilatçılığı ilə Gəncə şəhərindəki Filarmoniya Bağı və Urban Mərkəzində təşkil olunacaq yarmarkada regionda fəaliyyət göstərən sənətkarların və yaradıcı şəxslərin əl işləri nümayiş olunacaq. 
 
Yarmarkanın keçirilməsində məqsəd sənətkarlıq məhsullarının satışına və bu sahədə alıcıq qabiliyyətinin artırılmasına dəstək olmaq, regionun sənətkarlıq nümunələrinin tanıdılması, qədim sənət ənənələrinin dirçəldilməsi və şəhərin mədəni həyatının canlandırılmasıdır. Yarmarka həmçinin, yaradıcılıqla məşğul olan insanlar ilə sənətkarlar arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi, yaradıcı şəxslərin sahibkarlıq fəaliyyətinə təşviq olunması məqsədi daşıyır.








Redaktorun seçimi